Azərbaycanda aqrar sahə üzrə bir neçə qanun ləğv edilir
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
“Aqrar sahə haqqında” qanun layihəsinin qəbulundan sonra “Taxıl haqqında”, “Çayçılıq haqqında”, “Pambıqçılıq haqqında” və “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunların ləğv edilməsi nəzərdə tutulur.
XQ xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, həmin qanunların aktual müddəaları yeni baza qanununa daxil ediləcək. Digər sahəvi qanunlar isə qüvvədə qalacaq və “Aqrar sahə haqqında” qanunla əlaqələndiriləcək.
Məcnun Məmmədov qeyd edib ki, yeni qanunun icrası üçün subsidiyalaşdırma və reytinq qaydaları, aqrotexniki tələblər və digər tətbiqi aktlar hazırlanacaq.
Nazir bildirib ki, layihədə kənd yerlərinin inkişafına da xüsusi yer ayrılıb. Aqroparklar, aqroklasterlər, logistika infrastrukturu və aqroturizm vahid yanaşma ilə tənzimlənəcək.
Onun sözlərinə görə, fermer mağazasından elektron platformaya qədər satış yerlərinin növləri müəyyənləşdiriləcək, kooperativlərə isə öz satış yerlərini təşkil etmək hüququ veriləcək.
Baxış sayı:129
Bu xəbər 07 Oktyabr 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















