Icma.az
close
up
RU
“Azərbaycanda aqrar sektor iqtisadiyyatın əsas dayaqlarından biri kimi inkişaf etdiriləcək”

“Azərbaycanda aqrar sektor iqtisadiyyatın əsas dayaqlarından biri kimi inkişaf etdiriləcək”

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qarşıdakı illərdə Azərbaycanda aqrar sektor həm ərzaq təhlükəsizliyi, həm də qeyri-neft iqtisadiyyatının əsas dayaqlarından biri kimi inkişaf etdiriləcək. Mayın 25-də İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycanın aqrar siyasətində yeni mərhələnin konturları müəyyənləşdirildi.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, son 20 ildə regionların sosial-iqtisadi inkişafı proqramları kənd təsərrüfatının dirçəlməsində həlledici rol oynayıb. Ölkədə qazlaşdırmanın 96 faizə çatdırılması, yol və su infrastrukturlarının yenilənməsi, yeni su anbarlarının tikilməsi kənd təsərrüfatının inkişafı üçün mühüm baza yaradıb.

Taxtakörpü, Şəmkirçay, Göytəpə kimi su anbarlarının istifadəyə verilməsi, yeni magistral kanalların inşası əkin sahələrinin su təminatını xeyli yaxşılaşdırıb.Bununla belə, dövlət başçısı son illərdə aqrar sahədə müşahidə olunan durğunluğun narahatlıq doğurduğunu bildirdi. Bu səbəbdən 2026–2030-cu illəri əhatə edəcək yeni Dövlət Proqramının hazırlanması qərara alınıb. Proqramın əsas məqsədi məhsuldarlığın artırılması, idxaldan asılılığın azaldılması və ixrac potensialının gücləndirilməsidir.

Beləliklə, yeni Dövlət Proqramı kənd təsərrüfatının transformasiyasını müxtəlif istiqamətlər  üzrə həyata keçirəcək. İlk növbədə resurs səmərəliliyinə əsaslanan kənd təsərrüfatı, dəyər zəncirinin və bazar inteqrasiyasının gücləndirilməsi, eləcə də texnologiya və innovasiyaların tətbiqini əhatə edəcək.

Əsas prioritetlərdən biri intensiv əkinçiliyə keçidin sürətləndirilməsidir. Hazırda müasir suvarma sistemləri tətbiq olunan sahələr 130 min hektardır. Məqsəd bu göstəricini 300 min hektara çatdırmaqdır. 

Müşavirədə xüsusi vurğulanan məsələlərdən biri aqrar emal sənayesinin inkişafı oldu. Təhlillər göstərir ki, Azərbaycan daha çox xammal ixrac edir, hazır məhsul idxal edir. Buna görə də yeni mərhələdə emal müəssisələrinin yaradılması prioritet istiqamətlərdən biri olacaq.

Prezident İlham Əliyev pambıqçılıqda mahlıc ixracından hazır tekstil məhsulları istehsalına keçidin vacibliyini qeyd etdi və investorları yeni fabriklər yaratmağa çağırdı. Eyni yanaşmanın digər sahələrdə də tətbiqi nəzərdə tutulur.

Müşavirədə su ehtiyatlarının idarə olunması məsələsinə də xüsusi diqqət yetirildi. İqlim dəyişiklikləri fonunda su resurslarından daha səmərəli istifadə həyati əhəmiyyət daşıyır. Şirvan və Qarabağ kanallarının yenidən qurulması, yeni su anbarlarının tikilməsi və müasir damcı suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılması ilə yanaşı, su itkilərinin azaldılmasına xidmət edəcək.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri də aqrar inkişaf strategiyasının mühüm hissəsidir. Yeni su infrastrukturu sayəsində yüz minlərlə hektar torpağın dövriyyəyə qaytarılması nəzərdə tutulur.

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi mühüm məqamlardan biri də Azərbaycanın artıq beynəlxalq miqyasda “orta gücə malik dövlət” kimi tanınması barədə fikirləri oldu. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın artan beynəlxalq nüfuzu xarici investorların ölkəyə marağını gücləndirir.

Yeni mərhələdə kənd təsərrüfatının inkişafı xarici investisiya və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə də sürətləndiriləcək. Cənab Prezidentin mesajı ondan ibarət idi ki, Azərbaycan artıq regional iqtisadi proseslərdə fəal rol oynayan, sabit və etibarlı tərəfdaş kimi qəbul edilir. Bu isə aqrar sektora texnologiya transferi, müasir idarəetmə təcrübələrinin gətirilməsi və yeni ixrac bazarlarının açılması üçün əlavə imkanlar yaradır.

“Orta güc” statusu Azərbaycanın ərzaq təhlükəsizliyi, logistika və regional ticarət zəncirlərində təsir imkanlarının artdığını göstərir. Xüsusilə müharibələr, enerji böhranı və nəqliyyat marşrutlarının dəyişdiyi dövrdə Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalı və ixracında regional mərkəzə çevrilməyi hədəfləyir.

Könül Nurullayeva,

​​​​​​​Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 May 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri