Azərbaycanda “avaralığa” görə kimlər cərimələnə bilər? Açıqlandı
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aparıcı Aytən Səfərovanın paylaşdığı məsələ cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Belə ki, ona göndərilən mesajda bir vətəndaşın “avaralıq” maddəsi ilə 20 manat cərimə edildiyi bildirilib.
İlk baxışda bu məlumat bir çoxlarına dələduzluq hekayəsi kimi görünsə də, aparıcının araşdırmasından sonra məlum olub ki, İnzibati Xətalar Məcəlləsində həqiqətən də “avaralıq” anlayışı ilə bağlı maddə mövcuddur. Məsələ isə ondan ibarətdir ki, rəsmi işi olmayan, ailə və uşağa sahib bir şəxs hansısa sexdə çalışsa da, işinin qeyri-rəsmi olması səbəbilə “avaralıq” ittihamı ilə üzləşib və cərimələnib.
Demokrat.az xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov Musavat.com-a danışıb. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsinin bəndlərində avaraçılıq təsnif edilib və cərimələr göstərilib: “Şəxsin evi olmaması və işləməməsi avaralıq sayılmır.
Bunlarla bərabər digər əməllər də olduqda hesab edilir. Maddədə göstərilir ki, daimi yaşayış yeri və fəaliyyəti olmayan, xırda oğurluq və ya dilənçiliklə dolanan şəxs “avaralıq” maddəsi ilə cərimələnə bilər. Cərimə 20-25 manat olur. Ancaq məsələ burasındadır ki, şəxsin iş və yaşayış yeri yoxdursa, o pulu necə verəcək? Vətəndaşın bu cərimələrlə üz-üzə qalmaması üçün o, xırda oğurluq və dilənçilik etməməlidir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsinin 1-ci bəndində göstərilir ki, avaralıqla məşğul olmağa görə vətəndaşlara xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq edilir və ya iyirmi manatdan iyirmi beş manatadək məbləğdə cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.
2-ci bənddə isə göstərilir ki, yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsinə görə əlli manatdan doxsan manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda beş gündən on beş günədək müddətə inzibati həbs tətbiq edilir.
Bu maddədə “avaralıqla məşğul olan” dedikdə müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür.
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Azərbaycanda inflyasiya açıqlandı
26 Mart 2025 10:16
Azərbaycanda futbol klubu cərimələnə bilər
05 Noyabr 2024 14:17
Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı Kimlər qəbul olunur?
18 İyun 2026 10:19
Azərbaycanda bunu edən şəxslər cərimələnə bilər
20 Noyabr 2024 14:04
Baxış sayı:297
Bu xəbər 12 Fevral 2026 08:40 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları