Icma.az
close
up
RU
Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək

Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Özbəkistanda keçirilən “İpək Yolu üzərində turizm” mövzusuna həsr olunan “Daşkənd Beynəlxalq Turizm Sərgisi” çərçivəsində Avrasiya Dağ Kurortları Alyansı nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə Alyansın fəaliyyəti dövründə  üzv dövlətlərlə  əməkdaşlıq əlaqələrinin inkişafı, iş birliyinin  genişləndirilməsi istiqamətində həyata keçirilən işlər  və  yeniliklər müzakirə olunub.

Tədbir  çərçivəsində Alyans üzvlərinə və  tədbir iştirakçılarına “Şahdağ” Turizm Mərkəzinin kommersiya direktoru İqor Şaulov tərəfindən kompleksin qış turizm imkanları, yeni layihələr, keçirilməsi nəzərdə tutulan beynəlxalq yarışlar haqqında ətraflı məlumat  təqdim edilib. 

Tədbir zamanı növbəti Avrasiya Dağ Kurortları Festivalının təşkili “Şahdağ” Turizm Mərkəzinə  ötürülüb və tədbirin 2025-ci ilin  mart ayında keçirilməsi qərara alınıb.

Qeyd edək ki, bundan öncəki Avrasiya Dağ Kurortları Festivalı Rusiyanın Soçi şəhərində  baş tutub. Tədbirdə 9 ölkənin kurort sənayesinin və tərəfdaş şirkətlərin 150 nümayəndəsi iştirak edib.

Şahdağ Turizm Mərkəzinin də  üzv olduğu Avrasiya Dağ Kurortları Alyansı hazırda Özbəkistanın Amirsoy, Qazaxıstanın Şımbulak və Oy Qaraqay, Rusiyanın Roza Xutor və Cənubi Koreyanın Mono Yong Pyon dağ kurortlarını özündə birləşdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Noyabr 2024 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see136

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see134

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see130

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see128

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see127

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see127

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see125

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see124

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see123

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see123

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see122

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see120

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see120

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see118

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see118

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see117

Zinəddin Zidan Fənərbağça nın təklifini dinləmək qərarına gəldi İDDİA

06 Sentyabr 2025 12:18see117

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see115

Biləcəridəki qəzada həlak olanların Fotosu

06 Sentyabr 2025 22:52see115

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri