Icma.az
close
up
RU
Azərbaycanda avtomobil mühərriklərinin yeni mənzərəsi

Azərbaycanda avtomobil mühərriklərinin yeni mənzərəsi

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Azərbaycanda son on ildə minik avtomobillərinin enerji mənbəyi üzrə strukturunda nəzərəçarpan dəyişikliklər baş verib. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2014-cü ildə ölkədə minik avtomobillərinin əksəriyyəti benzinlə işləyirdi və onların sayı 943 min idi. Dizel mühərrikli avtomobillərin sayı isə 105 min civarında qalırdı. Sonrakı illərdə dizelə maraq artsa da, bu artım benzinlə işləyənlərin üstünlüyünü dəyişməyib. 2025-ci ildə dizel avtomobillərin sayı 185 minə çataraq 2014-cü illə müqayisədə 76 faiz artıb. Benzinlə işləyənlərin sayı isə 1 milyon 314 minə qalxaraq bazarda dominant mövqeyini qoruyub.

Dizel mühərriklərinə marağın artmasının əsas səbəbi yanacaq sərfiyyatına qənaət etməsi və uzun məsafələrdə daha sərfəli olmasıdır, xüsusilə yük və sərnişin daşımalarında dizel üstünlükləri ilə seçilir. Amma qiymət siyasəti bu seqmentin geniş yayılmasına imkan verməyib. Son qiymət dəyişikliyində Aİ-92 markalı benzinin litri 10 faiz artaraq 1,1 manata qalxsa da, dizelin qiyməti 25 faiz artaraq 1 manata yüksəlib. Bu isə dizelin rəqabət imkanlarını müəyyən qədər zəiflədir.

Son illərin ən diqqətçəkən tendensiyası alternativ enerji ilə işləyən avtomobillərin bazara daxil olmasıdır. Hökumətin istehsal ili iki ildən az olan hibrid və elektrik mühərrikli avtomobillərə tətbiq etdiyi vergi güzəştləri və qlobal istehsal nəhənglərinin yeni texnologiyalara üstünlük verməsi bu sahəni canlandırıb. 2023-cü ildən etibarən elektrik mühərrikli avtomobillərin sayı artmağa başlayıb və 2025-ci ildə 5 941-ə çatıb. Hibrid avtomobillərin sayı isə 66 385 olaraq daha geniş yayılıb.

Bu dəyişikliklər nəticəsində hibrid və elektrik avtomobilləri artıq benzin və dizel mühərrikli avtomobillərin artım tempinə təsir göstərməyə başlayıb. Məsələn, benzinlə işləyənlərin illik artımı hazırda cəmi 3 faizdir. Bu göstərici hətta devalvasiyadan sonrakı iki ildən də aşağıdır. Dizeldə isə ən kəskin artım 2023-cü ildə 67 faiz olub, lakin 2024-cü ildə bu göstərici 12 faizə qədər düşüb.

Ümumi mənzərə göstərir ki, hazırda ən çox üstünlük hələ də benzin mühərrikli avtomobillərə verilir. Lakin dizelin artımı stabilləşib və yeni dövrün əsas trendi hibrid və elektrik mühərrikli nəqliyyat vasitələridir. Yaxın illərdə dövlətin yaşıl enerji strategiyası və istehlakçıların qənaət meylləri ilə bu tendensiyanın daha da güclənməsi gözlənilir. Azərbaycanın avtomobil bazarında əsas istiqamət artıq müəyyənləşib: benzin dominantlığını hələ saxlayır, amma gələcək açıq şəkildə alternativ enerji texnologiyalarına doğru gedir.(aznews)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see188

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see182

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see178

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see145

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see135

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see130

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see129

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri