Icma.az
close
up
RU
Azərbaycanda bahalaşmanın pərdəarxası gizlədilən vacib detal

Azərbaycanda bahalaşmanın pərdəarxası gizlədilən vacib detal

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Azərbaycanda 2025-ci ilin ilk üç rübündə əhalinin gəlirləri 7.2 faiz, qiymətlər isə 5.7 faiz artıb. Rəsmi rəqəmlər gəlirlərin inflyasiyanı üstələdiyini göstərsə də, əhalinin bir hissəsi bu göstəricilərin reallığı əks etdirmədiyini bildirir. İnsanlar gündəlik xərclərin daha sürətlə artdığını və bahalaşmanın təsirini daha kəskin hiss etdiklərini deyirlər.

Əslində reallıq nədən ibarətdir?

Globalinfo.az-a danışan iqtisadçı Turab Rzayev deyib ki, bütün mal və xidmətlərin dəyərinin artması ilə əhalinin sosial vəziyyəti arasında birbaşa əlaqə yoxdur:

“Əhalinin rifahına, əsasən gündəlik istifadə olunan istehlak mallarının qiymətləri təsir göstərir. Hazırda ərzaq və gündəlik tələbat məhsullarında azı 20-30 faiz, bəzi hallarda isə daha çox bahalaşma müşahidə olunur. Bundan başqa, əmlak bazarında da kəskin artım qeydə alınıb. Son illərdə mənzil qiymətləri iki dəfəyə yaxın yüksəlib. Bu, insanların həm istehlak, həm də yaşayış xərclərinin əhəmiyyətli dərəcədə artdığını göstərir. Məsələn, nəqliyyatda gediş haqqının 12.5 faiz bahalaşması belə qiymət artımının real miqyasını göstərir. Buna görə də qiymətlərin cəmi 5.7 faiz artdığına dair rəsmi rəqəmlər inandırıcı görünmür. Ola bilər ki, bu göstərici bütün iqtisadi sahələr üzrə orta hesabla çıxarılıb, lakin əhalinin gündəlik həyatına təsir edən malların qiymət artımı daha yüksəkdir”.

Turab Rzayev

Ekspert qeyd olunan statistikada əhalinin gəlirlərinin artması ilə bağlı məsələyə də diqqət çəkib:

Burada əsas göstərici orta gəlir deyil, gəlir medianı olmalıdır. Gəlir zəncirində ortada dayanan və əhalinin çoxluğunu təmsil edən təbəqənin qazancı gəlir medianı sayılır. Rəsmi statistikada orta aylıq əməkhaqqı artsa da, əhalinin böyük hissəsi hələ də 400-500 manat civarında maaş alır. Bu səbəbdən gəlirlərin artması bütün sosial təbəqələrin vəziyyətinin yaxşılaşması demək deyil. Ona görə də median gəlir göstəricisi real mənzərəni daha dəqiq əks etdirərdi”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri