Icma.az
close
up
RU
Azərbaycanda balıq ehtiyatı azalır: Kürü istehsalında hansı problemlər var?

Azərbaycanda balıq ehtiyatı azalır: Kürü istehsalında hansı problemlər var?

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Ölkəmizdə su hövzələrində balıq ehtiyatlarının sürətlə azalması ciddi narahatlıq doğurur. Xüsusilə nərə balığı kimi qiymətli növlərin sayı kəskin şəkildə azalıb və bəzi hallarda yox olma təhlükəsi ilə üz-üzə qalıb.

Moderator.az xəbər verir ki, mövzu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin mətbuat katibi Ruhiyyə Balakişiyeva Teleqraf-a açıqlamasında bildirib ki, balıqların azalmasının bir sıra səbəbləri var:

“Dünyada təbii balıq ehtiyatlarının azalmasının əsas səbəblərindən biri iqlim dəyişikliyidir. İqlim dəyişiklikləri balıq növlərinin təbii bərpasını çətinləşdirir, bundan əlavə, Xəzər dənizində su səviyyəsinin azalması, təbii artım yerlərinin məhdudlaşması, ekoloji problemlər və qanunsuz balıq ovu da bu prosesə ciddi təsir göstərir. Bu problemlərin qarşısının alınması üçün Mərkəz mütəmadi nəzarət və profilaktik tədbirlər həyata keçirir”.

Mətbuat katibi balıqların daha çox Xəzər dənizində, yoxsa çay və göllərdə azalması məsələsinədə münasibət bildirib:

“Son illərdə Xəzər dənizi ilə Kür çayının qovuşduğu ərazidə su səviyyəsinin azalması balıqların miqrasiyasına və kürütökmə prosesinə mənfi təsir göstərib. Balıqlar kürütökmə dövründə dənizdən Kür çayına keçməlidir. Su səviyyəsindəki dəyişikliklər bu prosesi çətinləşdirib”.

Ruhiyyə Balakişiyeva balıq ehtiyatlarının bərpası istiqamətində həyata keçirilən tədbirlərə də toxunub:

“Hər il balıqartırma zavodları tərəfindən nərə, çəkikimilər, kütümkimilər və qızılbalıq növlərinin körpələri su hövzələrinə buraxılır. Bu prosesə dövlət qurumları ilə yanaşı, özəl sektor da cəlb olunub və daxili su hövzələrində balıq ehtiyatlarının artırılmasına töhfə verilir”.

Mətbuat katibi həmçinin nərə balığı və kürü istehsalı sahəsində vəziyyətdən söz açıb:

“Ölkədə nərə balığı və kürü istehsalı sahəsində vəziyyət qənaətbəxşdir və artan xətt üzrə inkişaf edir. Azərbaycan kürüsü dünya bazarında yüksək keyfiyyəti ilə seçilir. Hazırda bu sahəyə böyük investisiyalar yatırılır, iri müəssisələr yaradılır. Proqnozlara görə, yaxın 3 il ərzində biokütlə bir neçə dəfə artacaq və kürü istehsalı da əhəmiyyətli dərəcədə yüksələcək”.

Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov isə Teleqraf-a bildirib ki, regionda ən çox azalan növlər sırasında nərə balıqları xüsusi yer tutur:

“Yüksək iqtisadi dəyərə malik olduqları üçün bu növlər uzun illər intensiv və çox vaxt qeyri-qanuni şəkildə ovlanıb. Azərbaycanla yanaşı, Qazaxıstan, Rusiya, qismən Türkmənistan və İranda da bu səbəbdən nərə balıqlarının sayı kəskin azalıb və bəzi hallarda yoxolma təhlükəsi yaranıb, bundan başqa qızılbalıq, kütüm, sazan və sudak balıqlarında da azalma müşahidə olunur”.

Ekoloq vurğulayıb ki, balıq ehtiyatlarının azalmasının əsas səbəblərindən biri də su hövzələrinin çirklənməsidir:

“Sənaye tullantıları, kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələr və məişət çirkab suları suyun keyfiyyətini aşağı salır. Bu isə suda oksigenin azalmasına, zəhərli maddələrin toplanmasına və balıqların qidalanma mühitinin pozulmasına səbəb olur, xüsusilə kürütökmə dövründə çirklənmə balıq kürülərinin və balalarının məhvinə gətirib çıxarır, bu da populyasiyanın bərpasını çətinləşdirir”.

Bundan başqa, çaylar üzərində tikilən bəndlər də balıqların miqrasiyasına ciddi maneə yaradır:

“Xəzər regionunda yaşayan keçici balıqlar kürütökmək üçün çayların yuxarı hissələrinə hərəkət edir. Lakin Kür, Araz və Volqa çayları üzərində tikilən çoxsaylı bəndlər bu prosesi məhdudlaşdıraraq təbii artım yerlərini azaldıb. Bundan başqa temperaturun artması və su səviyyələrinin dəyişməsi həm kürütökmə sahələrini azaldır, həm də suda oksigenin miqdarını aşağı salır. Bu isə balıq populyasiyalarının artımına ciddi mənfi təsir edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Mart 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri