Azərbaycanda bank kartlarının sayı 22 milyon ədədi keçib
Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 176 min ədəd artaraq 22 milyon 156 min ədəd təşkil etmişdir.
Mərkəzi Bankı xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11% artıb.
Ödəniş kartlarında debet kartlarının sayı 13.3% artmış, kredit kartlarının sayı isə 7.6% azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, yanvar ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11.4% artmışdır.
2026-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,687 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 6,600 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,085 mln. manatı POS-terminallar, 3 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 26 Fevral 2026 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















