Icma.az
close
up
RU
Azərbaycanda bankların birgə bankomat şəbəkəsi isifadəyə verilib

Azərbaycanda bankların birgə bankomat şəbəkəsi isifadəyə verilib

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş xidmətləri üzrə operatorlar və ödəniş xidməti təchizatçılarının daha əlverişli tarif siyasəti tətbiq etməsi, habelə istehlakçılar və təsərrüfat subyektləri üçün ödəniş xidməti haqlarının optimallaşdırılması istiqamətində davamlı infrastruktur və təşviqat tədbirləri həyata keçirir və onların icrasını daim diqqət mərkəzində saxlayır.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu istiqamətdə aparılan tədbirlər çərçivəsində maliyyə inklüzivliyinin genişləndirilməsi məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq olunan “birgə bankomat şəbəkəsi” Mərkəzi Bank tərəfindən operatorluğu həyata keçirilən Banklararası Kart Mərkəzinin imkanlarından istifadə edilərək yaradılmışdır. Bu məqsədlə 11 bankın ("AccessBank" QSC, "AFB Bank" ASC, "Azər-Türk Bank" ASC, "Bank of Baku" ASC, "Expressbank" ASC, "Günay Bank" ASC, "TuranBank" ASC, "Unibank" KB ASC, "Yelo Bank" ASC, "Yapı Kredi Bank Azərbaycan" QSC, "Ziraat Bank Azərbaycan" ASC) və “Azərpoçt” MMC-nin mövcud bankomat şəbəkələrindən birgə istifadə ilə bağlı kollektiv saziş imzalanmışdır. Nəticədə, sözügedən bankların müştəriləri 500 bankomatdan ibarət “birgə bankomat şəbəkəsi”ndən daha əlverişli şərtlərlə istifadə edə biləcəklər. Yaradılmış “birgə bankomat şəbəkəsi” müştərilərə daha əlverişli maliyyə xidmətlərinin təqdim edilməsi məqsədilə bankların bankomat şəbəkəsinə çəkdiyi xərclərin optimallaşdırılmasına imkan verəcəkdir.

Gələcəkdə “birgə bankomat şəbəkəsi”nin əhatə dairəsinin genişləndirilməsi və digər bankların da sözügedən şəbəkəyə qoşulması nəzərdə tutulur. Eyni zamanda, Mərkəzi Bank tərəfindən ödəniş xidməti haqlarının istehlakçılar və təsərrüfat subyektləri üçün daha əlverişli olması istiqamətində davamlı tədbirlər həyata keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 Avqust 2025 03:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see193

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see178

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see153

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see152

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see141

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see138

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see135

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see135

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see134

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see133

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see131

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see130

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see125

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see125

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see124

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see123

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see122

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see121

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri