Icma.az
close
up
RU
Azərbaycanda bankların kredit portfelinin həcmi 29 mlrd. manatdan çox olub

Azərbaycanda bankların kredit portfelinin həcmi 29 mlrd. manatdan çox olub

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan banklarının kredit portfelinin həcmi son 7 ildə 125 % artaraq 29,3 milyard manata çatıb.

Bunu Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev I Beynəlxalq Kredit Hesabatlılığı Konfransının açılış günündə bildirib.

Onun sözlərinə görə, effektiv kredit məlumatlarının toplanması, saxlanması, təhlili və paylaşması istənilən ölkənin maliyyə sabitliyi, risklərin idar olunması və iqtisadi inkişafında həlledici rol oynayır: "Bizim üçün Azərbaycanda kredit bürosunun yaradılması və inkişaf etdirilməsi zamanın bir çağırışı idi. Azərbaycanda kredit reestr formasında mövcud olan kredit məlumatları tarixçisinin inkişaf etdirilməsi artıq Azərbaycan bankları qarşısında duran ən mühüm vəzifələrdən biri idi. Bu məqsədlə 2018-ci ildə Azərbaycan banklarının birgə səyi nəticəsində və Mərkəz Bankın, Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə ölkədə ilk kredit bürosu Azərbaycan bankları tərəfindən təsis edildi. Təbii ki, təsis edildiyi dövrlə bugünkü dövrü müqayisə etdikdə, kredit bürosu bu dövr ərzində demək olar ki, inqilabi bir yol keçib”.

Z.Nuriyev bildirib ki, 2024-cü ildə bank sektorunun aktivlərininin 53 milyard manat olduğunu götürsək, 2018-ci illə müqayisədə bu 80 % çoxdur: “Eyni zamanda bizim bugünkü kredit portfelimizin həcmi son 7 illə müqayisədə 125 % artaraq 29,3 milyard manata çatıb. Təbii ki, bu dövr ərzində bizim vaxtı ötmüş kreditlərimizin həcmi əhəmiyyətli dərəcədə azalıb. 2018-ci illə müqayisədə bu 72 % azalıb və artıq 449 milyon manat təşkil edir. Lakin bütün bunlara baxmayaraq, artan kreditləşmə səviyyəmiz, aktivlərimizin həcmi bir daha bizə özəl kredit bürosunun yaradılmasının və inkişaf etdirilməsinin vaxtında və düzgün qəbul edilmiş bir qərar olduğunu bir daha göstərib".

O qeyd edib ki, 2018-ci ildə cəmi 8 bankın iştirakı ilə yaradılan və 10 nəfər işçi heyətindən ibarət olan Kredit Bürosunun əməkdaşlarının sayı 50 nəfəri ötüb: "İlk mərhələdə yalnız kredit tarixçiləri haqqında bizə məlumatlar Kredit Bürosundan təqdim edilirsə, bu gün artıq bu xidmətlərin sayı 35-dən yuxarıdır. Əvvəlki dövrdə kredit bürosunun əməkdaşlıq etdiyi təşkilatların sayı yalnız banklar və BOKT-lardan ibarət idisə, bu gün artıq əməkdaşlıq edən və xüsusən könüllü əməkdaşlıq edən təşkilatların sayı 270-ə çatıb".

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://banco.az
archiveBu xəbər 23 İyun 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri