Icma.az
close
up
RU
Azərbaycanda bayram günü dəhşət: kişi arvadını qanına qəltan etdi

Azərbaycanda bayram günü dəhşət: kişi arvadını qanına qəltan etdi

Salyanda kişi keçmiş arvadını bıçaqlayıb.

Globalinfo.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə dekabrın 31-i günorta saatlarında baş verib.

Seyyidmehdi Azad oğlu Babazadə yaşadığı evin qarşısında keçmiş arvadı Şəbnəm Bəhlul qızı Əliyevanı aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı boyun və döş qəfəsinə bıçaqla zərbələr vurub. Bundan sonra o, qadını döyüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, hadisə zamanı Salyan rayon sakini S.Babazadə aralarında yaranmış mübahisə zəminində keçmiş həyat yoldaşı Ş.Əliyevayaya kəsici-deşici alətlə xəsarət yetirib. S.Babazadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

seeBaxış sayı:30
embedMənbə:https://globalinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri