Icma.az
close
up
RU
Azərbaycanda bələdiyyə seçkiləri gələn ilin əvvəli KEÇİRİLƏCƏK

Azərbaycanda bələdiyyə seçkiləri gələn ilin əvvəli KEÇİRİLƏCƏK

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda bu il bələdiyyə seçkiləri keçirilməyəcək. Səsvermə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilərə 60 gün qalmış elan edilməlidir. İlin bitməsinə 60 gündən az qalsa da, seçkilər təyin olunmayıb.

Yerli özünüidarəetmə orqanlarına sonuncu seçkilər 23 dekabr 2019-cu ildə keçirilib. Seçki Məcəlləsinə görə, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır.

Belə olanda halda bələdiyyə seçkilərinin 2025-ci ildə keçiriləcəyi gözlənilir.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Regional məsələlər komitəsini üzvü Kamran Bayramov bildirib ki, bələdiyyə seçkilərində 685 bələdiyyə iştirak edəcək:

"Seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası ən azı 60 gün əvvəl seçki gününü elan etməlidir. Bu baxımdan bələdiyyə seçkiləri gələn ilin əvvəlində keçiriləcək. Seçkilərdən öncə də bələdiyyələrin fəaliyyətinin, potensialının gücləndirilməsi istiqamətində həm institusional, həm də qanunvericilik tədbirləri görülüb. Məlum olduğu kimi bələdiyyələrin birləşdirilməsinə start verilib. Hazırda bələdiyyələr birləşir. Bələdiyyələrin sayının 1606-dan 685-ə endirilməsi nəzərdə tutulur. Qarşıdakı seçkilər məhz yeni formalaşmış bələdiyyələrə keçiriləcək. Yəni seçkidə 685 bələdiyyə iştirak edəcək və onların yeni tərkibləri formalaşacaq".

Deputat bələdiyyələrə qrantların verilməsi tarixindən də danışıb:

"Bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi istiqamətində bir sıra tədbirlər görülüb. "Qrant haqqında" qanun layihəsi Milli Məclisdə müzakirə olunaraq, ilk oxunuşda qəbul olunub. Həmin qanunun seçkilərə aidiyyəti yoxdur. Qanunun qəbul olunması proseduru, müddətləri var. Üç oxunuşdan keçdikdən sonra qanun imza üçün cənab Prezident İlham Əliyevə təqdim olunacaq. Qanun imzalandıqdan sonra dərc olunduğu gündən qüvvəyə minəcək. Bu o deməkdir ki, bələdiyyələr seçkilərin keçirilib-keçirlməməsindən asılı olmayaraq, qanun qüvvəyə minəndən sonra yararlana biləcəklər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Noyabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri