Azərbaycanda bələdiyyə sədri yaxın qohumunu məsuliyyətə cəlb etdirib
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Masallı rayonunda maraqlı hadisə baş verib.
Oxu.Az xəbər verir ki, rayonun Kolatan bələdiyyəsinin sədri yaxın qohumunu qanunsuz ağac kəsməyə görə məsuliyyətə cəlb etdirib.
Belə ki, Kolatan bələdiyyəsinə daxil olan Bağıroba kəndində yaşı 50-dən çox olan yeddi ədəd palıd ağacı qanunsuz olaraq budanıb və qismən kəsilib. Bu barədə bələdiyyəyə məlumat daxil olub.
Aparılan araşdırma zamanı məlum olub ki, qanunsuz əməli Bağıroba kənd sakini Tofiq Eynullayev törədib. Faktla bağlı toplanmış materiallar aidiyyəti üzrə təqdim edilib və həmin şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.
Məlumata görə, T.Eynullayev Kolatan bələdiyyəsinin sədri Rauf Cəbiyevin yaxın qohumudur.
Baxış sayı:213
Bu xəbər 14 Avqust 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















