Icma.az
close
up
RU
Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB

Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sentyabrda səlahiyyətləri başa çatmış VI çağırış (2000-2024-cü illər) Milli Məclisin bəzi deputatlarına mənzil verilib.

News24.az xəbər verir ki, Modern.az saytının əldə etdiyi məlumatı deputatların özləri də təsdiqləyiblər. Lakin mənzil alan deputatlar təbrikləri qəbul etsələr də, bu mövzuda danışmağa həvəs göstərməyiblər.

Araşdırma zamanı bu məsələyə dair digər maraqlı məlumatlar da ortaya çıxıb. Məlum olub ki, VI çağırış Milli Məclisin bəzi deputatları mənzil almaq təklifindən imtina ediblər. Bunu onunla əsaslandırıblar ki, yaşayış şəraitləri kifayət qədər yaxşı olduğundan yeni mənzilə ehtiyacları yoxdur.

Amma mənzilləri olan bəzi deputatlar yeni evə də "yox" deyə bilməyib və bunun üçün məktub yazaraq, əlavə yaşayış sahəsinə sahibləniblər. Beləliklə də yeni mənzil alanlar arasında həm evi olanlar, həm də buna ehtiyac duyanlar var.

Qeyd edək ki, Milli Məclisin əvvəlki çağırışlarında da deputatlara mənzillər verilib.

Xatırladaq ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanuna əsasən, deputatlar mənzillə təmin oluna bilərlər.

Sözügedən qanunun 26-cı maddəsində deyilir:

"Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir. Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında daimi yaşayan və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır. Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 Noyabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see212

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see177

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri