Azərbaycanda bir ailənin aylıq xərci 2600 manatı ötüb MÜQAYİSƏ
Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda yaşayan əhalinin adambaşına mal və xidmətlərə xərclədiyi vəsait 2024-cü ildə 633 manata çatıb.
Sfera.az rəsmi dövlət statistikasına istinadən xəbər verir ki, bu məbləğ 2023-cü illə müqayisədə 38 manat artıb.
Əhalinin adambaşına xərclədiyi vəsaitin 278,8 manatı ərzaq mallarının, 229,2 manatı qeyri-ərzaq mallarının, 125 manatı isə pullu xidmətlərin alınmasına sərf edilib.
Bu məlumatlardan belə aydın olur ki, 2024-cü ildə bir ev təsərrüfatının (əsasən bir ailədən ibarət olur - red.) aylıq xərci 2677 manatı ötüb.
2024-cü ilin sonuna olan məlumata əsasən, Azərbaycanda bir ev təsərrüfatı orta hesabla 4,23 nəfərdən ibarətdir. Bu hesabla son bir ildə ailələrin aylıq xərclərində orta hesabla 160 manat artım baş verib. 2023-cü ildə bir orta ölçülü ailənin aylıq xərci 2516 manat təşkil edirdi.
Vasif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 18 Yanvar 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















