Azərbaycanda bir sıra nazirliklər ləğv olunacaq SİYAHI
Icma.az, Tribuna portalına istinadən məlumat verir.
Modern.az saytı yeni ildə bir sıra nazirlik və agentliklərin birləşdiriləcəyi ilə bağlı məlumat yayıb.
Tribunainfo.az xəbər verir ki, sayt bunu dövrün əsas tələbi kimi qeyd edib.
Bundan başqa, idarəçiliyin optimallaşdırılması və əlavə xərclərin azaldılması üçün də birləşmə prosesinin vacibliyini vurğulayıb. Birləşdirilməsi ehtimal olunan qurumların sıralaması isə aşağıdakı kimi göstərilib:
– Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidməti Maliyyə Nazirliyinin tərkibində birləşəcək;
– Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə, axtarış-xilasetmə, fövqəladə halların idarə olunması müxtəlif qurumlara həvalə olunacaq;
– Səhiyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə birləşdiriləcək;
– Mədəniyyət, Gənclər və İdman Nazirliklərinin bir çətir altında birləşdirilməsi;
– Energetika və İqtisadiyyat nazirliklərinin birləşdirilməsi;
– Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birləşdirilməsi;
– Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə veriləcək;
– Bundan başqa, dövlət komitələri, agentliklərin də perspektivdə birləşdirilməsi və ya ləğv edilməsi.
Modern.az hesab edir ki, bu təkliflər əsasən Azərbaycanda nazirliklərin sayı 13-ə enə bilər.
Fərda Uğur
Baxış sayı:100
Bu xəbər 22 Noyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















