Icma.az
close
up
RU
Azərbaycanda bitən bu göbələk öldürür DİQQƏTLİ OLUN!

Azərbaycanda bitən bu göbələk öldürür DİQQƏTLİ OLUN!

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Son günlər ölkədə insanların göbələkdən zəhərlənmə faktlarının sayının artdığını görürük. Ümumiyyətlə, hər il yüzlərlə insan ehtiyatsızlıqla toplanan və ya yanlış tanınan zəhərli göbələklərdən zəhərlənmə riski ilə üzləşir. Göbələkdən zəhərlənmələrin səbəbləri, əlamətləri və qarşısını alma yolları ilə bağlı maarifləndirmə işlərinin aparılması bu qidadan təhlükəsiz şəkildə faydalanmağın əsas şərtidir.

Bəs göbələkdən zəhərlənməmək üçün nələrə diqqət edilməlidir?

Mövzu ilə bağlı qida eksperti Ağa Salamov BAKU.WS-ə bununla bağlı açıqlama verib.

O bildirib ki, bu məsələ ilə bağlı bir çox maarifləndirmə işləri aparılır:

"Təəssüflər olsun ki, neçə aydır ki, ard-arda göbələk zəhərlənməsi xəbərlərini görürük. Problem ondadır ki, çox vaxt regionlarda yaşayan vətəndaşlarımız öz həyətlərində və yaxud meşələrdə yabanı halda yetişən göbələkləri toplayırlar. Daha sonra onlarda hazırladıqları yeməklər, turşular zəhərlənmələrə yol açır.

Şampinyon qidalarda istifadə etdiyimiz göbələk növüdür. Ancaq şampinyona bənzər bir göbələk növü də solğun əzvaydır. Hansı ki həmin göbələk növü zəhərlidir. Çox vaxt insanlar şampinyonla birgə onu da yığır, bu da zəhərlənməyə yol açır.

Azərbaycanda bitən bu göbələk öldürür - DİQQƏTLİ OLUN!Zəhərli göbələkləri bu qida ilə bağlı məlumatı olan insanların yığması daha məqsədəuyğundur. Onlar göbələyin rəngindən, qapağının altına baxmaqla, görünüşü ilə ayıra bilirlər.

Azərbaycanda bitən bu göbələk öldürür - DİQQƏTLİ OLUN!Supermarketlərdə və qida mağazalarında satılan, xüsusi şəraitdə yetişdirilmiş göbələklər, yabanı göbələklərə nisbətən daha təhlükəsizdir. Bu göbələklər müvafiq keyfiyyət və təhlükəsizlik standartlarına uyğun olaraq yetişdirilir və istehlakçılara təqdim olunur.

Əgər vətəndaşlar yenə də təbiətdə göbələk yığmaq istəyirlərsə, yığdıqları göbələklərin təhlil edilməsini və fərqləndirilməsini öyrənməlidirlər."

Azərbaycanda bitən bu göbələk öldürür - DİQQƏTLİ OLUN!Qeyd edək ki, göbələkdən zəhərlənmənin ilk əlamətləri adətən baş ağrısı, qarın ağrısı, ürəkbulanma, qusma, diareya, halsızlıq və başgicəllənmə kimi simptomlardır. Bu simptomlar yaranarsa, vaxt itirmədən həkimə müraciət etmək tövsiyə olunur, çünki göbələk zəhərlənməsi çox ciddi nəticələrə səbəb ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Noyabr 2024 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri