Azərbaycanda bizi çətin oyun gözləyir Levski nin baş məşqçisi
Icma.az bildirir, Qol.az portalına istinadən.
"Levski"nin baş məşqçisi Xose Velaskes Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Sabah"a qalib gəldikləri ilk oyun (1:0) haqda danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında komandasından razı qaldığını deyib:
"Yaxşı nəticə qazanmaq üçün yaxşı formada olmalısan və gözəl oyun nümayiş etdirməlisən. Bu gün oyunçularımdan çox məmnunam və onlarla fəxr edirəm. Futbolçularımızın əla iş gördüklərini deyə bilərəm. Oyunçular matça son dərəcə yüksək səviyyədə köklənmişdilər. Azərbaycanda çətin qarşılaşma bizi gözləyir. Əgər özümüzü cütün favoriti hesab etsək, nəticə bizim üçün yaxşı olmaya bilər".
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 14-də Bakıda olacaq və saat 20:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 08 Avqust 2025 06:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















