Icma.az
close
up
RU
Menu

Müharibə riski ciddi olaraq qalır

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

Hər gün onun ruhu ilə məsləhətləşirəm Polşanın yeni lideri

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

Cabir İmanov əvvəldə də infarkt keçirib?

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

Beyin mərkəzlərinin əməkdaşlığı: Türk dünyasının intellektual gücü birləşir

Qəhvə iç və daha uzun yaşa...

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

Nazir sammitdə təhsildən danışdı

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək

Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda icra sənədinə əsasən satılmalı olan əmlakın, borclunun üzərinə həbs qoyulmuş əmlakının və ipoteka predmetinin satılması ilə bağlı kompleks tənzimləmə nəzərdə tutulur.

Oxu.Az xəbər verir ki, bu, Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş "İcra haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, icra sənədində satılmalı əmlak müəyyən edildiyi hallarda bildiriş borcluya rəsmi qaydada verildikdən, o cümlədən "Elektron icra informasiya sistemi" vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS-lə göndərildikdən sonra 7 iş günü ərzində o, əmlakın açıq bazarda satılması üçün icra məmuruna müraciət edə bilər. Belə müraciət edildikdə icra məmuru 1 iş günü müddətində qərar qəbul edir və borcluya əmlakın satılması üçün 2 ay müddət verilir. Borclu bu müddətdə əmlakı icra sənədində və ya qiymətləndiricinin hesabatında göstərilən dəyərinin yalnız 80 faizindən az olmayan qiymətə sata bilər.

Notarius vasitəsi ilə rəsmiləşdirilən əmlakın alqı-satqı əməliyyatlarının aparılması üçün icra məmurunun sözügedən qərarı "Elektron icra informasiya sistemindən "Elektron notariat informasiya sisteminə göndərilir və əmlak satıldıqda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına göndərir.

Notarius vasitəsi ilə rəsmiləşdirilməyən alqı-satqı əməliyyatları üzrə ödənişlər bilavasitə icra xidmətinin depozit hesabına köçürülür.

Əmlak bu müddətdə açıq bazarda satılmadığı halda elektron hərraca çıxarılır.

Borclunun üzərinə həbs qoyulmuş əmlakı və ya ipoteka predmeti isə əvvəlcə qiymətləndiricinin hesabatında göstərilən bazar dəyəri ilə tələbkara təklif edilir. Bu halda tələbkara öz iradə ifadəsinin bildirilməsi üçün təklifi aldıqdan sonra 7 iş günü müddət verilir və tələbkar əmlakı qəbul etdikdə bu hal protokolla rəsmiləşdilir. Həmin protokol imzalandıqdan sonra dərhal "Elektron icra" informasiya sistemi vasitəsilə "Elektron notariat" informasiya sisteminə göndərilir. Tələbkar daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqlarını protokolun "Elektron notariat" informasiya sisteminə göndərildiyi gündən 5 iş günü müddətində rəsmiləşdirə bilər. Həmin əmlak üzərində hüquqların rəsmiləşdirilməsi qeyd olunan protokol əsasında "Notariat haqqında" qanunun 63-cü maddəsinə uyğun olaraq həyata keçirilir. Digər əmlakın tələbkara verilməsi icra məmurunun qərarı ilə rəsmiləşdirilir.

Borclu üzərinə həbs qoyulmuş əmlakı tələbkar qəbul etmədiyi, yaxud verilmiş müddətin ötürüldüyü hallarda şəxsən açıq bazarda satmaq üçün icra məmuruna müraciət edə bilər. Belə müraciət olduqda 1 iş günü ərzində icra məmuru bu barədə qərar qəbul edir və borcluya əmlakın qiymətləndiricinin hesabatında göstərilən dəyərinin 80%-dən az olmayan qiymətə satılması üçün 2 ay müddət verir.

Üzərinə həbs qoyulmuş əmlak notarius vasitəsilə rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında satılmalı olduqda qəbul edilmiş qərar "Elektron icra informasiya sistemindən "Elektron notariat" informasiya sisteminə göndərilir.

Qeyd edilən müddətdə və qaydada borclu satmadıqda, həmin əmlak elektron hərraca çıxarılır.

Tələbkarın qəbul etmədiyi ipoteka predmeti, yaxud icra sənədinə əsasən satılmalı olan əmlak isə birbaşa elektron hərraca çıxarılır.

Dəyəri 5 000 manatdan az olan daşınar əmlak "Dövlət satınalmaları haqqında" qanunun tələblərinə əsasən müəyyən edilən elektron ticarət platformaları vasitəsi ilə də satıla bilər.

Elektron hərracın keçirilməsi barədə sifariş "Elektron icra" informasiya sistemi vasitəsi ilə formalaşdırılır və hərrac müvafiq informasiya sistemi vasitəsi ilə avtomatlaşdırılmış qaydada açıq hərrac formasında keçirilir.

Sifariş yerləşdirildiyi gündən 30 təqvim günündən gec olmayaraq ilk elektron hərrac, ilk elektron hərrac baş tutmadığı, yaxud nəticələri ləğv olunduğu gündən 10 təqvim günündən gec olmayaraq təkrar elektron hərrac keçirilir (tez xarab olan məhsullara münasibətdə layihədə qısaldılmış müddətlər müəyyən edilib).

İlk elektron hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın bazar qiymətinin ən azı 85 faizini (minimum satış qiyməti), təkrar elektron hərracda isə ən azı 65 faizini (minimum satış qiyməti) təşkil edən təklif verildikdə elektron hərrac baş tutmuş hesab edilir.

Elektron hərrac başa çatdıqdan dərhal sonra onun nəticələri haqqında avtomatik olaraq protokol tərtib edilir. Protokol müqavilə qüvvəsinə malikdir.

Protokol imzalandığı vaxtdan ən geci 7 iş günü müddətində elektron hərracın qalibi əmlakın satış qiymətini icra xidmətinin depozit hesabına köçürməlidir.

Hərracın qalibi əmlakın satış qiymətini və qanunla müəyyən olunmuş ödənişləri (vergilər istisna olmaqla) həmin müddətdə ödəmədikdə və ya protokolu imzalamaqdan imtina etdikdə növbəti yuxarı qiymət təklif etmiş şəxs elektron hərracın qalibi hesab olunur.

Elektron hərracda növbəti yuxarı qiymət təklif etmiş iştirakçı 3 təqvim günü müddətində özünün təklif etdiyi qiymətə elektron hərrac predmeti olan əmlakı almağa razılığını bildirə və elektron hərracın predmeti olan əmlakı elektron hərracın qalibinin alması üçün müəyyən edilmiş prosedura uyğun ala bilər.

İkinci ən yuxarı qiymət təklif etmiş şəxs əmlakı almaqdan imtina etdikdə, yaxud əmlakı almağa razılığını bildirdikdən 7 iş günü müddətində əmlakın satış qiymətini tam ödəmədikdə sıra ilə növbəti yuxarı qiymət təklif etmiş şəxslərə eyni qayda tətbiq olunur.

Növbəti yuxarı qiyməti təklif etmiş digər iştirakçılar da əmlakı almaqdan imtina etdiyi, yaxud əmlakın satış qiymətini ödəmədiyi halda elektron hərracın nəticələri avtomatik olaraq ləğv olunur.

Elektron hərracın qalibinin daşınmaz əmlak və ya rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə elektron hərracın nəticələri barədə protokol "Elektron icra informasiya sistemi"ndən Elektron Hökumət Informasiya Sistemi vasitəsilə müvafiq reyestrlərə ötürülür.

Hərracda satılmış, yaxud tələbkarın əldə etdiyi daşınmaz əmlakın təhvil verilməsi ilə bağlı alıcı (əldə edən) və borclu, yaxud maraqlarına toxunan digər şəxslər arasında mübahisə yarandıqda əmlakı əlavə məhkəmə qərarı tələb olunmadan alıcının (əldə edənin) tələbi ilə icra məmuru boşaldır və ona təhvil verir.

Təkrar elektron herracda satılmayan əmlak onun bazar qiymətinin 65%-i həcmində yenidən tələbkara təklif olunur. Tələbkar hərracda satılmayan əmlakı qəbul etməkdən imtina etdikdə və ya verilmiş müddət ötürüldükdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.

Elektron hərracın keçirilməsi ilə bağlı xərcləri hərracın qalibi, hərracda satılmayan əmlakı tələbkar əldə etdikdə isə o, ödəyir. Hərracın baş tutmadığı digər hallarda hərrac xərcləri hərracda iştirak haqları hesabına kompensasiya edilir.

Elektron hərracın keçirilməsi qaydası, elektron hərracda iştirak haqqı ve elektron hərracın keçirilməsi ilə bağlı xərclərin məbləğini Nazirlər Kabineti təsdiq edir.

Üzərinə həbs qoyulmuş dövlət əmlakı icra məmurunun sifarişi əsasında yalnız İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hərrac təşkilatı Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada salır.

Layihədə, həmçinin aşağıdakı məsələlər tənzimlənib:

- icra məmurlarının icra ödənişinin alınması barədə qərarlarının müstəqil icra sənədi kimi müəyyən edilməsi və onların icrası qaydasının tənzimlənməsi;

- borcludan tutulmuş pul məbləğinin tələbkarın tələbinin təmin olunması ilə yanaşı, həm də icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin, icra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş cərimələrin ödənilməsi üçün istifadə edilməsi;

- könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədi üzrə ödənilməli pul məbləğini borclunun qismən ödəməsi halında icra ödənişinin borcun qalan hissəsindən, vaxtaşırı ödənişlər üzrə icra ödənişinin yığılmış borc məbləğindən hesablanmaqla tutulması;

- icra ödənişinin borcludan tam və ya hissə-hissə tutulması imkanı;

- icraatın dayandırılması qaydasının təkmilləşdirilməsi, icraata xitam verilməsi ilə bağlı icra məmurunun və icra qurumunun rəhbərinin hərəkətləri üçün müddətlərin konkretləşdirilməsi;

- borcun qalan hissəsindən, vaxtaşırı ödənişlər üzrə icra ödənişinin yığılmış borc məbləğindən hesablanmaqla tutulması.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 İyul 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see248

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

30 Sentyabr 2025 13:31see247

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see233

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see228

Hər gün onun ruhu ilə məsləhətləşirəm Polşanın yeni lideri

30 Sentyabr 2025 15:06see186

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

30 Sentyabr 2025 13:49see155

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see152

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

01 Oktyabr 2025 08:25see144

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

30 Sentyabr 2025 15:08see141

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

30 Sentyabr 2025 13:29see140

Cabir İmanov əvvəldə də infarkt keçirib?

30 Sentyabr 2025 12:42see136

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

01 Oktyabr 2025 01:12see130

Beyin mərkəzlərinin əməkdaşlığı: Türk dünyasının intellektual gücü birləşir

30 Sentyabr 2025 11:07see128

Qəhvə iç və daha uzun yaşa...

30 Sentyabr 2025 22:16see127

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

30 Sentyabr 2025 22:13see126

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

01 Oktyabr 2025 01:58see125

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

01 Oktyabr 2025 01:04see125

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

01 Oktyabr 2025 08:31see124

Nazir sammitdə təhsildən danışdı

30 Sentyabr 2025 16:20see124

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

01 Oktyabr 2025 01:08see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri