Icma.az
close
up
RU
Azərbaycanda boşanmaq istəyənlər cərimə ödəyəcək? Açıqlama

Azərbaycanda boşanmaq istəyənlər cərimə ödəyəcək? Açıqlama

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müğənni Eldəniz Məmmədovun boşanmalara görə pul cəriməsinin tətbiqi ilə bağlı təklifi ictimai müzakirələrə səbəb olub. İfaçı iddia edir ki, Türkiyədə boşanan cütlüklər dövlətə 30-40 min dollar ödəyir və bu mexanizm ailələrin qorunmasına xidmət edir. O, Azərbaycanda da analoji qaydanın tətbiqini təklif edib.

Sitat: “50 min dollar yazsınlar, onda görün hamısı necə yola gedir”.

Bəs boşanmanı cərimə yolu ilə azaltmaq mümkündürmü, yoxsa bu yanaşma ailə institutuna daha çox zərər verə bilər? Türkiyədə həqiqətən belə bir sistem mövcuddurmu? Ümumiyyətlə, dünyada buna bənzər təcrübə varmı?

Globalinfo.az-a danışan sosioloq Mail Yaqub bildirib ki, Azərbaycanda mövcud ailə qanunvericiliyi boşanmaların qarşısını almaqda effektiv deyil:

“Azərbaycanda ailə qanunvericiliyi boşanmaların, nəinki qarşısını almır, hətta müəyyən mənada buna rəvac verir. Qanun mütləq dəyişməlidir. Həm qadın, həm də kişi üçün müəyyən məhdudiyyətlər olmalıdır ki, boşanma bu qədər asan baş verməsin. Bu proses bizi sosial baxımdan ciddi problemlərə aparır. Statistikaya baxın, təkcə yanvar ayında nikahlarla müqayisədə boşanmaların nisbəti 60 faiz olub. Bu, Azərbaycan üçün çox ağır göstəricidir. Ya cərimə tətbiq edilməlidir, ya da başqa hüquqi mexanizmlər hazırlanmalıdır”.

Mail Yaqub

Sosioloq hesab edir ki, boşanma prosedurları sərtləşdirilməlidir:

“Boşanma bu qədər asan olmamalıdır. Təsəvvür edin, bəzi ailələrdə kişi ailəcanlı, çalışqan, evinə bağlı olsa da, qadın boşanmaq istədiyini bildirir və üstəlik üç uşağa görə aliment tələb edir. Bəzi ailələr isə kişi xəyanətinə görə dağılır. Qanun buna bu qədər rahat imkan verməməlidir. Cütlüklərin bu qədər asan boşanmasının qarşısını almaq üçün cərimə tətbiq oluna bilər və ya alternativ hüquqi mexanizmlər düşünülməlidir. Qanunda mütləq dəyişiklik edilməlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Fevral 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri