Azərbaycanda broyler şirkəti yenidən satışa çıxarıldı FOTO
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Zaqatala rayonunun Maqov kəndində yerləşən "Zaqatala Broyler" MMC-nin quşçuluq fabriki yenidən satışa çıxarılıb.
Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, müəssisə bir müddətdir satışa çıxarılsa da, nə investor marağı cəlb edə bilib, nə də kommersiya baxımından səmərəli obyekt kimi qəbul olunub.
Amma sahibkar bazar iştirakçılarının diqqətini çəkmək və iqtisadi səmərəliliyi baxımından əlverişli seçim kimi dəyərləndirilməsi üçün müəssisəni yenidən satışa çıxarıb.
Fabrik sahibi tərəfindən alıcılara hələ də 2 milyon 700 min manata təklif olunur. Satışa çıxarılan 100 min baş tutumu olan toyuq istehsalı fabrikinin ərazisi 3 hektardır və obyektdə 4 ədəd 23-25 min başlıq cücə yetişdirmə korpusu, dəyirman və yem hazırlama sexləri, avtomatik kəsim xətti, şoklama və soyuducu kameralar, 2 ədəd 12 m-lik dondurucu konteynerlər, apilka və qranul yem istehsalı sexi, eləcə də hazır malın satış nöqtələrinə çatdırılması məqsədilə 3 ədəd soyuducu avtomobillər və traktor və kamaz kimi digər yük avtomobilləri vardır.
Qeyd edək ki, "Zaqatala Broyler" MMC-nin illik istehsal gücü 500 ton olan quş əti istehsalı müəssisəsi 2011-2012-ci illərdə inşa edilərək istifadəyə verilib. Bu emal müəssisəsi o zamankı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan güzəştli kredit hesabına tikilib. 2011-ci ildə dövlət qeydiyyatına alınan MMC-nin qanuni təmsilçisi isə Məmmədov Məhəmməd Nadir oğludur.
2021-ci ildə Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi (AQTA) tərəfindən "Zaqatala Broyler" MMC-nin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Milli.Az
Baxış sayı:82
Bu xəbər 07 Yanvar 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















