Azərbaycanda bu əcnəbilərdən iş icazəsi tələb olunmayacaq
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Azərbaycanda aqropark rezidentlərinə və onların işə cəlb etdiyi bəzi əcnəbi mütəxəssislərə iş icazəsi almadan çalışmaq imkanı yaradılması təklif olunur.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, aqroparkın rezidenti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən, rezident hüquqi şəxs olduqda isə onun rəhbəri və müavinlərindən iş icazəsi tələb edilməyəcək.
Güzəşt həmin rezidentin Azərbaycanda əmək fəaliyyətinə cəlb etdiyi aqronomlara, bağçılıq üzrə mütəxəssislərə və baytar həkimlərə də şamil olunacaq. Bunun üçün həmin şəxslərin çalışacaqları fəaliyyət sahəsində təcrübəyə malik olması şərti nəzərdə tutulur.
Layihə ilə sadalanan şəxslərə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi və müddətinin uzadılması üçün də hüquqi əsas yaradılır.
Dəyişikliklərin 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək qüvvədə olması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 20 Oktyabr 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















