Azərbaycanda bu ərazilər xüsusi qorunacaq Siyahı
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, yeni milli park Ağdərə, Xocalı, Kəlbəcər, Şuşa və Laçın rayonlarının ərazilərində ümumilikdə 88 min 418 hektar sahəni əhatə edəcək.
Bəs Qarabağ Milli Parkının yaradılması ekoturizmin inkişafına hansı töhfələri verəcək?
Axar.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan turizm üzrə ekspert Əziz Şiriyevin fikrincə, belə bir parkın yaradılması çox vacib məsələdir:
“Bu, Qarabağda təbiətin qorunmasına xüsusi diqqət yetirilməsinə və ərazinin mühafizəsinə xidmət edəcək. Milli parkın yaradılması faunamızın və floramızın mühafizəsinə töhfə verəcək. Eyni zamanda, istər yerli, istərsə də xarici turistlərin Qarabağa səfərləri zamanı onların qarşısında müəyyən məsuliyyət yaradacaq. Çünki milli park ərazisində təbiətin qorunmasına xüsusi yanaşılır. Ümumiyyətlə, bütün təbiəti qorumaq vacibdir, lakin milli parkların özünəməxsus faunası və florası olduğuna görə onların mühafizəsi daha böyük əhəmiyyət daşıyır”.
Ekspertin fikrincə, Milli Parkın yaradılması ərazidə təbiətə zərər vuran halların qarşısının alınmasına da kömək edəcək:
“Məsələn, qayaların üzərinə yazı yazılması kimi halların qarşısını almaq üçün nəzarət gücləndiriləcək, cərimələr tətbiq olunacaq və milli parkı mühafizə edən əməkdaşlar fəaliyyət göstərəcəklər. Bütün bunlar Qarabağın təbii sərvətlərinin qorunmasına, onun gözəlliklərinin gələcək nəsillərə çatdırılmasına və ekoloji irsimizin yaşadılmasına xidmət edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 22 Oktyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















