Azərbaycanda bu evlərin qiyməti bahalaşacaq KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Rəsmi statistikaya görə, ölkəmizdə fərdi evlərin tikintisi azalıb.
KONKRET.az Xəzər TV-yə istinadən bildirir ki, bunun müxtəlif səbəbləri var.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar – sentyabr ayları ərzində tikilən evlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz azalıb.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, azalmanın başlıca səbəbi qanunvericiliyə artırılan məhdudiyyətlərdir.
Ramil Osmanlı bildirib ki, fərdi yaşayış evlərini tiktinsinin azlaması torpaq sahələrinin təyinatı ilə də birbaşa əlaqəlidir. Onun sözlərinə görə, bu səbəblərdən torpaq sahələri və fərdi yaşayış evləri üzrə təklifin azalması qiymət artımına səbəb olacaq.
Ekspert bildirib ki, hazırda bazardakı daşınmaz əmlaklar tələbatı ödəmir. Adambaşına düşən mənzil göstəricilərində müəyyən artım var, lakin bütövlükdə məskunlaşma ilə bağlı məsələlərə əhəmiyyətli təsir göstərə bilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 19 Noyabr 2024 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















