Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

Azərbaycanda bu hərbçilər HƏBS EDİLMƏYƏCƏK

Azərbaycanda bu hərbçilər HƏBS EDİLMƏYƏCƏK

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gizirlərə, miçmanlara, zabitlərə və kursantlara intizam tənbehi qaydasında həbs cəzasının tətbiqinə dair normalar ləğv olunur.

Lent.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, gizirlərə və miçmanlara hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs intizam cəzası ləğv olunur. Tabor (3-cü dərəcəli gəmi) komandirinin gizirləri və miçmanları hauptvaxtda saxlamaqla 3 sutkayadək həbs etmək, alay (briqada) komandirinin əsgəri hauptvaxtda saxlanmaqla 7 sutkayadək həbs etmək, diviziya, əlahiddə briqada (gəmilər briqadası), korpus komandirlərinin və qoşun növü komandanının gizirləri və miçmanları hauptvaxtda saxlanmaqla 10 sutkayadək həbs etmək hüquqları ləğv edilir.

Hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə cəzasının ləğvi təklif olunur. Alay (briqada) komandirinin kiçik zabitləri hauptvaxtda saxlanmaqla 3 sutkayadək həbs etmək , diviziya, əlahiddə briqada (gəmilər briqadası) komandirlərinin - kiçik zabitləri hauptvaxtda saxlanmaqla 5 sutkayadək həbs etmək, korpus komandirinin, qoşun növü komandanının kiçik zabitləri hauptvaxtda saxlanmaqla 7, baş zabitləri 3 sutkayadək həbs etmək, silahlı qüvvələr növü komandanının zabitləri hauptvaxtda saxlanmaqla kiçik zabitləri 10, baş zabitləri 5 sutkayadək həbs etmək hüquqları ləğv edilir.

Ehtiyatda, ya da istefada olan gizirlər, miçmanlar hərbi geyimdə hərbi intizamı, yaxud ictimai asayişi pozarlarsa hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs cəzasının ləğvi də təkliflər sırasındadır.

Hazırda qüvvədə olan qanuna əsasən, rütbəsi böyük olanın yanında kiçik rütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyük rütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu həbs edə bilər. Belə hallarda kiçik zabitləri generalların və admiralların, gizirləri və miçmanları generalların, admiralların və baş zabitlərin, əsgərləri, matrosları və çavuşları generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları vardır.

Layihəyə əsasən, gizirlər, miçmanlar, zabitlər, eləcə də hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu siyahıdan çıxarılır, həbs edilməyəcəklər. Başqa sözlə, rütbəsi böyük olanın yanında kiçik rütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyük rütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu (gizirlər, miçmanlar, zabitlər, eləcə də hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla) həbs edə biləxək. Belə hallarda əsgərləri, matrosları və çavuşları generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları olacaq.

“Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna da müvafiq dəyişikliklər təklif olunur. Qüvvədə olan qanuna əsasən, qarnizon hərbi komendantının hərbi qulluqçular tərəfindən hərbi intizamın pozulması hallarında hərbi rütbəcə özündən kiçik və özünə bərabər olanlara xəbərdarlıq etmək, yaxud Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsinə əsasən onları tutub cəzalandırmaq, onlar sərxoş halda hərbi intizamı pozduqda, ayılana qədər bir sutkalığa hauptvaxtda (müvəqqəti həbs edilmişlər kamerasında) saxlamaq, sonra isə bu hərbi qulluqçuların məsuliyyətləri haqqında qərar qəbul etmək hüququ var. Zərurət olduqda, qarnizon hərbi komendantı hərbi intizamı pozan hərbi qulluqçudan şəxsiyyətini müəyyənləşdirən sənədləri təqdim etməyi tələb edir, belə sənədlər olmadıqda və ya düzgün tərtib edilmədikdə, hərbi qulluqçunu tutub müvəqqəti həbs edilənlər kamerasında yerləşdirir.

Layihəyə görə, qarnizon hərbi komendantı şəxsən və tabeliyində olanlar vasitəsilə hərbi qulluqçulardan ictimai yerlərdə və küçələrdə hərbi intizama, eləcə də qayda-qanuna ciddi surətdə riayət etmələrini cəsarətlə və qətiyyətlə tələb etməli, onların heç bir nalayiq hərəkətini cəzasız qoymamalıdır. Qarnizon hərbi komendantının hərbi qulluqçular tərəfindən hərbi intizamın pozulması hallarında hərbi rütbəcə özündən kiçik və özünə bərabər olanlara xəbərdarlıq etmək, yaxud Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsinə əsasən onları tutub cəzalandırmaq, onlar sərxoş halda hərbi intizamı pozduqda, ayılana qədər bir sutkalığa hauptvaxtda (müvəqqəti həbs edilmişlər kamerasında) saxlamaq (zabitlər, gizirlər (miçmanlar) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla), sonra isə bu hərbi qulluqçuların məsuliyyətləri haqqında qərar qəbul etmək hüququ olacaq. Zərurət olduqda, qarnizon hərbi komendantı hərbi intizamı pozan hərbi qulluqçudan şəxsiyyətini müəyyənləşdirən sənədləri təqdim etməyi tələb edəcək, belə sənədlər olmadıqda və ya düzgün tərtib edilmədikdə, hərbi qulluqçunu (zabitlər, gizirlər (miçmanlar) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla) tutub müvəqqəti həbs edilənlər kamerasında yerləşdirəcək./APA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Aprel 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see318

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see263

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see232

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see223

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see219

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see217

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see216

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see206

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see206

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see203

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see198

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see194

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

03 Sentyabr 2026 20:18see193

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see190

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see188

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see179

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see171

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

04 Sentyabr 2026 02:22see170

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see168

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri