Azərbaycanda bu idmançılara hərbi xidmətdən möhlət verilməsi təklif olunur
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Federasiyaların adından bir problemi nəzərə çatdırmaq istərdim. Bizim idmançılar 17 yaşından, məktəbi bitirdikdən sonra universitetə qəbul olanlar təhsillərini davam etdirirlər. Ali təhsil müəssisəsinə qəbul olmayanlar isə hərbi xidmətə gedirlər. Dünya və Avropa çempionatlarında iştirak emtək də vətənə xidmətdir. Bunu nəzərə alsaq, bu halda həmin yaşlarda idmançıları itirmiş oluruq".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurov deyib.
"Dünya və Avropa çempionatlarında hər çəki dərəcəsində bir idmançı iştirak edir. Həmin idmançı nəticə qazandığı halda Azərbaycan İdman Akademiyasına qəbul olunur. Digərləri isə kənarda qalır. Atlet 1 il 6 ay hərbi xidmət çəkdikdə həmin idmançını itirmiş oluruq. Belə olan halda peşəkar idmanda rəqabətlik itir, ardı gəlmir, müəyyən vaxtdan nəticə verən federasiyalar məcbur olurlar ki, müəyyən çəki dərəcəsində legioner idmançıları dəvət etsinlər. Bu qanunla tənzimlənsəydi, aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılsaydı, hər hansı meyarlar həyata keçirmək olsaydı, yaxşı olardı", - deyə F.Mansurov qeyd edib.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 04 Mart 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















