Azərbaycanda bu il sənaye istehsalı 31 mlrd. manatı ötüb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında 31,2 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 3,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,3 faiz artıb.
Məlumata görə, sənaye məhsulunun 61,8 faizi mədənçıxarma sektorunda, 31,6 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
“Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb”, - məlumatda qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 10 İyul 2025 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















