Icma.az
close
up
RU
Azərbaycanda bu qabların satışı qadağan edilə bilər AÇIQLAMA

Azərbaycanda bu qabların satışı qadağan edilə bilər AÇIQLAMA

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Son illərdə ekoloji problemlərin artması fonunda plastik tullantıların azaldılması məsələsi daha da aktuallaşıb. Xüsusilə birdəfəlik plastik butulkaların ətraf mühitə vurduğu zərər bu mövzunu gündəmdə saxlayır. Dünyanın bir çox ölkəsində artıq bu istiqamətdə qadağalar və məhdudiyyətlər tətbiq olunur. Azərbaycanda da plastik butulkaların istifadəsinin məhdudlaşdırılması məsələsi müzakirə edilən əsas mövzulardan birinə çevrilib. 
Məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, Gürcüstan hökuməti aprelin 1-dən etibarən plastik butulkalardan istifadənin qadağan edilməsi ilə bağlı qərar qəbul edib:
"Bu, kifayət qədər əhəmiyyətli addım hesab olunur. Məsələ ondadır ki, plastik tullantılar yalnız butulkalardan ibarət deyil, onların bir çox növləri var. Bununla belə, ən çox istifadə olunan plastik məhsullardan biri məhz butulkalardır. Xüsusilə su qabları, "Coca-Cola", "Fanta" kimi içkilərin qablaşdırılmasında geniş istifadə olunur.
Azərbaycan hökuməti də bu sahədə müəyyən addımlar atıb. 2021-ci il fevralın 15-dən Nazirlər Kabinetinin 42 saylı qərarı ilə birdəfəlik plastik torbaların və bəzi plastik qabların istifadəsi məhdudlaşdırılıb. Bu qərara çəngəl-bıçaq dəstləri, qaşıqlar və digər oxşar məhsullar da daxildir. Eyni zamanda, plastik torbaların marketlərdə ödənişli istifadəsi tətbiq olunub. Qərarın icrasından sonra qısa müddət ərzində plastik torbaların istifadəsində müəyyən azalma müşahidə edilib. Lakin sonradan, xüsusilə meyvə-tərəvəz bazarlarında və bəzi mağazalarda bu qaydaların tətbiq edilməməsi səbəbindən onların istifadəsi yenidən artıb".
Ekoloq bildirib ki, Statistika Komitəsinin məlumatına görə, plastik torba istehsalı əvvəl 17 min ton olduğu halda, hazırda 20 min tonu keçib və artmaqda davam edir:
"Bir çox ölkələrdə, xüsusilə Avropa İttifaqı dövlətlərində, Fransada, Almaniyada və İngiltərədə plastik torbaların ödənişli edilməsi effektiv nəticə verib. Hazırda həmin ölkələrdə insanlar mağazaya gedərkən öz torbalarını gətirməyə üstünlük verirlər. Təəssüf ki, Azərbaycanda bu proses davamlı şəkildə aparılmadığı üçün gözlənilən nəticə əldə olunmayıb. Gürcüstanın atdığı addım plastik butulkalardan istifadəni müəyyən qədər məhdudlaşdıra bilər. Lakin bunun ciddi azalmaya səbəb olacağı gözlənilmir. Çünki alternativ məhsullardan istifadə genişləndirilməlidir və əsasən şüşə qablara keçid təmin olunmalıdır".
Ekoloq deyib ki, şüşə qabların istehsalı nisbətən baha başa gəlir.
"Burada əsas məsələ plastik məhsulların, xüsusilə qabların təkrar emalı üçün müəssisələrin yaradılmasıdır. Bu istiqamətdə Azərbaycanda fəaliyyət hələ də kifayət qədər inkişaf etməyib. Gürcüstan hökumətinin isə bu sahədə istehsalı stimullaşdıracağı ehtimal olunur. Azərbaycanda şüşə qabların bir hissəsi yerli istehsal olunsa da, böyük hissəsi idxal edilir ki, bu da onların geniş istifadəsini çətinləşdirir.  Eyni zamanda, "Coca-Cola" kimi iri istehsalçıların, eləcə də digər içki şirkətlərinin təkrar emal proseslərini geniş tətbiq etməsi vacibdir. Bu baş vermədikcə plastikdən istifadənin azalması gözlənilmir. Təəssüf ki, hazırda bu istiqamətdə ciddi irəliləyiş müşahidə olunmur", - deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Aprel 2026 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri