Azərbaycanda bu qaydanı pozanlar 45 000 manat CƏRİMƏLƏNƏCƏK
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Hazırda ölkədə yaşıllıqların qorunması istiqamətində nəzarət gücləndirilib.
Bu səbəbdən də ağacların qanunsuz kəsilməsi və ya məhv edilməsi hallarında həm fiziki, həm də hüquqi şəxslər ciddi şəkildə məsuliyyət daşıyır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, yaşıllıqların qanunsuz kəsilməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər 2000 manatdan 3000 manatadək, vəzifəli şəxslər 4000 manatdan 7000 manatadək, hüquqi şəxslər isə 25 000 manatdan 45 000 manatadək cərimə olunur.
O da vurğulanıb ki, ağaclara dəyən ziyan həm də kəsilmiş ağacın növündən, cinsindən və diametrindən asılı olaraq hesablanır.
"Təbiətə dəyən ziyanın məbləği 5000 manatı keçərsə, cinayət tərkibi yaratdığından toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilir", - deyə məlumatda qeyd olunub.
Banu Hüseynli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 16 Oktyabr 2025 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















