Icma.az
close
up
RU
Azərbaycanda bu qədər qadın işçi var Deputat AÇIQLADI

Azərbaycanda bu qədər qadın işçi var Deputat AÇIQLADI

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bir neçə gündən sonra Azərbaycanda Müstəqillik Günü qeyd olunacaq. Müsəlman Şərqində qadınlara ilk dəfə seçmək və seçilmək hüququ verən ölkə olan Azərbaycanda qadınlar bu gün cəmiyyətin müxtəlif sahələrində aktiv fəaliyyət göstərirlər. Dövlət tərəfindən atılan mühüm addımlar nəticəsində Azərbaycan qadınının nüfuzu həm ölkə daxilində, həm də beynəlxalq arenada daha da yüksəlib. Görülən işlər qanunvericilik bazasının möhkəmlənməsinə və Azərbaycanın bu sahədə beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsinə səbəb olub".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin yaz sessiyasının plenar iclasında deputat Vüqar Bayramov bildirdi.

Onun sözlərinə görə, işçi qüvvəsində qadınların sayı 2 milyon 571 min nəfərdir. Bununla yanaşı, qadınların orta aylıq əməkhaqqı kişilərin orta aylıq əməkhaqqının 69,1 faizinə bərabərdir. Beynəlxalq təcrübəyə görə isə bu göstərici adətən 70-80 faiz arasında dəyişir. 

"Təbii ki, bunun müəyyən obyektiv səbəbləri var. Çünki qadınların ən çox çalışdığı sahələrdən biri təhsil sektorudur. Belə ki, əmək müqaviləsi ilə çalışan 722 mindən çox qadının 202 mindən çoxu məhz təhsil sahəsində fəaliyyət göstərir. Bu isə muzdla çalışan qadınların 33,6 faizinin təhsil sektorunda işləməsi deməkdir. Səhiyyə və sosial xidmət sahələri də qadınların xüsusi çəkisinin yüksək olduğu digər mühüm sektorlardır. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda ən yüksək orta aylıq əməkhaqqı əsasən maliyyə sektorunda müşahidə olunur. Bu sahələrdə çalışan qadınların sayı az olduğuna görə, nəticədə qadınlarla kişilər arasında orta aylıq əməkhaqqı fərqi yaranır. Bu kontekstdə minimum əməkhaqqı qanunvericiliyinin təkmilləşdirilməsi mühüm addım oldu. Xüsusilə qadınların nisbətən aşağı əməkhaqqı hesab olunan sahələrdə çalışması ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılması praktik olaraq qadınlarla kişilər arasındakı maaş fərqinin azalmasına gətirib çıxaracaq".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 May 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri