Azərbaycanda bu sahəyə milyardlar qoyuldu KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
2026-cı ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafına bütün maliyyə mənbələrindən 12 milyard 677,8 milyon manat investisiya yönəldilib.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd edilib ki, əsas kapitala yönəldilən investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artıb. Neft-qaz sektoruna yatırılan investisiyalar 32,4 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən sərmayələr isə 1,4 faiz çoxalıb.
Ümumi sərmayənin 7 milyard 40,7 milyon manatı məhsul istehsalı sahələrinin, 3 milyard 850,6 milyon manatı xidmət sahələrinin, 1 milyard 786,5 milyon manatı isə yaşayış evlərinin tikintisinin payına düşüb.
İnvestisiyaların 43,8 faizi dövlət, 56,2 faizi isə qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Daxili mənbələrdən əsas kapitala yönəldilən investisiyalar ümumi sərmayənin 75 faizini təşkil edib.
Sərmayələrin 46,2 faizi sənayeyə, 21,7 faizi tikintiyə, 21,7 faizi nəqliyyat və anbar təsərrüfatına, 2,5 faizi informasiya və rabitəyə, 1,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa yönəldilib.
Bundan başqa, investisiyaların 1,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 0,7 faizi səhiyyə və sosial xidmətlər, 0,6 faizi təhsil, 0,4 faizi maliyyə və sığorta fəaliyyətinə sərf olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 21 Sentyabr 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















