Icma.az
close
up
RU
Azərbaycanda bu şəslərə vergi güzəşti tətbiq ediləcək RƏSMİ

Azərbaycanda bu şəslərə vergi güzəşti tətbiq ediləcək RƏSMİ

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kənd təsərrüfatı sektoru torpaq vergisi istisna olmaqla digər vergilər üzrə ödəmələrdən azaddır. Mövcud qanunvericiliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları mənfəət, gəlir, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət zamanı istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad ediliblər.

BAKU.WS-in məlumtına görə, bundan başqa, aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara da vergi təşviqləri verilib.

Kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, eləcə də kənd təsərrüfatı məhsulları istehsalı ilə əlaqədar dövlət büdcəsinin vəsaiti hesabına onlara verilən subsidiyalar 2023-cü il yanvarın 1-dən gəlir vergisindən müddətsiz olaraq azaddır.

Hüquqi şəxslərin isə həmin fəaliyyət üzrə satışdankənar gəlirləri və dövlət büdcəsinin vəsaiti hesabına onlara verilən subsidiyalar, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin bu sahə üzrə dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 4 il müddətinə mənfəət vergisindən azad edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən BAKU.WS-ə bildirilib ki, balıqçılıq sahəsində fəaliyyət göstərən sahibkarların dəstəklənməsi və istehlakçıların balıqçılıq məhsulları ilə uyğun qiymətə təmin olunması məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı və satışına aid edilən vergi güzəştlərinin 2026-cı il yanvarın 1-dən bu sahəyə də şamil edilməsi nəzərdə tutulur:

"Güzəştlər yalnız balıq kürüsünün istehsalına aid edilməyəcək.

Balıqyetişdirmə fəaliyyətini həyata keçirən şəxslər tərəfindən emal edilən balıqçılıq məhsulları istisna olmaqla, kəsilən və dondurulan balıqlar da kənd təsərrüfatı məhsulları kimi qiymətləndiriləcək.

Vergi Məcəlləsinə edilən bu dəyişikliyin balıqçılıq sektorunun davamlı inkişafına təkan verəcəyi gözlənilir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://baku.ws
archiveBu xəbər 22 Dekabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri