Icma.az
close
up
RU
Azərbaycanda bu şəxslər də hərbi xidmətə aparılır SİYAHI

Azərbaycanda bu şəxslər də hərbi xidmətə aparılır SİYAHI

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Belə bir iddia yayılıb ki, bədənində döymə olan şəxslər hərbi xidmətə çağırılmır. Bu məsələ cəmiyyətdə müzakirə mövzusuna çevrilib və müxtəlif fikirlər səsləndirilir. Bəziləri bunu doğru hesab etsə də, digərləri bunun sadəcə mif olduğunu bildirir.

Bəs həqiqətən döyməsi olan şəxslər hərbi xidmətə aparılmır? Əgər belədirsə, bunun səbəbi nədir? Ümumiyyətlə, kimlər hərbi xidmətə yararsız hesab olunur?

Globalinfo.az-a danışan hərbi ekspert Emin Həsənli bildirib ki, döyməsi olan şəxslər hərbi xidmətə çağırılır:

“Lakin bəzi hallarda onların psixi durumu və sağlamlıq vəziyyəti yoxlanılır. Əgər hər hansı problem aşkarlanarsa, bu artıq ümumi tibbi müayinə çərçivəsində dəyərləndirilir. Əslində əvvəlki illərdə psixi sağlamlıq məsələlərinə nadir hallarda diqqət yetirilirdisə, indi bu, daha ciddi şəkildə yoxlanılır. Azərbaycanda və dünyada gənclər arasında bədənə döymə etdirmə halları artıb və bu artıq müəyyən mənada dəb halını alıb. Bir çox qoşun növlərində bu məqam nəzərə alınsa da, ümumilikdə belə bir qayda yoxdur ki, döyməsi olan şəxslər hərbi xidmətdən azad olunsun”.

E.Həsənli əlavə edib ki, gənclər arasında maarifləndirmə işinin davamlı aparılmasına ehtiyac var:

Emin Həsənli

“Xüsusilə məktəblərdə və çağırışçılar arasında bu istiqamətdə izahat və maarifləndirmə işləri aparılır və gələcəkdə də buna böyük ehtiyac var. Gənclər özlərinə ideal kimi idmançıları, futbolçuları, müğənniləri və film qəhrəmanlarını seçirlər. Xüsusilə xarici ölkələrdən olan tanınmış şəxslər və beynəlxalq yarışların qalibləri onlara təsir edir. Bu səbəbdən də gənclər onlara bənzəməyə çalışır və son dövrlərdə döymə etdirənlərin sayı artmaqdadır”.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq çağırışa cəlb olunmuş vətəndaşlar əvvəllər psixiatrik xəstəxanada qeydiyyatda olub-olmaması (ambulator və ya stasionar müalicə) nəzərə alınmaqla, müayinə zamanı “mənəvi-psixoloji durumunun” qiymətləndirilməsi üçün, həmçinin bədəninin müxtəlif nahiyələrində tatuaj (döymə) və ya çapıq izləri aşkar edildikdə psixiatriya xəstəxanalarında əlavə müayinəyə cəlb edilirlər. Göndəriş və nəticələr elektron qaydada sistem üzərindən aparılır. Müayinənin nəticəsindən asılı olaraq çağırışaqədər yaş həddində olanlar barəsində qərar qəbul edilir.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Aprel 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri