Icma.az
close
up
RU
Azərbaycanda bu şəxslər dövlətdən hər ay müavinət ala bilər RƏSMİ

Azərbaycanda bu şəxslər dövlətdən hər ay müavinət ala bilər RƏSMİ

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər kəsin sosial təminat hüququ var. Bu baxımdan sosial-demoqrafik vəziyyətinə görə gəlir əldə etmə imkanları məhdud olan ayrı-ayrı kateqoriya şəxslərə dövlət tərəfindən yardım məqsədi ilə sosial müavinətlər verilir.

BAKU.WS-in məlumatına görə, bu müavinət növlərindən biri də aylıq sosial müavinətlərdir.

Aylıq müavinətlər dövlət qulluqçularına, yaşa görə, ailə başçısını itirməyə görə, əlilliyə görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə), 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə, beşdən çox uşağı olan qadınlara və  övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə dövlət tərəfindən sosial yardım məqsədilə pul şəklində verilir.

Aylıq müavinətlər maliyyələşmə mənbələrinə görə dövlət büdcəsi və məcburi dövlət sosial sığorta hesabına ödənilən müavinətlərə bölünür.

Dövlət qulluqçularına ömürlük müavinət

Müavinətin məbləği dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə işdən çıxdığı aydan əvvəlki 12 təqvim ayı üzrə orta aylıq məvacibinin 15 faizini təşkil edir.

Yaşa görə müavinət

Əmək pensiyası almayan, rəsmi gəlirləri olmayan, yəni işləməyən 65 yaşına çatmış kişilərə və 64 yaşına çatmış qadınlara sosial yardım göstərilməsi məqsədilə aylıq 220 manat yaşa görə müavinət verilir.

Əlilliyə görə müavinət

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 270 manat;

Orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 220 manat;

Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 150 manat.

Ailə başçısını itirməyə görə müavinət

Vəfat etmiş şəxsin 18 yaşına çatanadək uşaqlarına. Uşaq əyani təhsil aldıqda təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla;

Vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına - əlillik müddətinə;

Vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və yaşından və əmək qabiliyyətindən asılı olmayaraq işləməyən valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək.

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət

Şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda dövlət tərəfindən onun uşaqlarına sosial yardım göstərilməsi məqsədilə aylıq 120 manat müavinət verilir.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət

Qəyyum (himayəçi) təyin edilmiş şəxslərin ünvanlı dövlət sosial yardımı almaq hüququ olduqda və qəyyumu (himayəçisi) olan uşaqlar tam dövlət təminatında olmadıqda bu qəyyuma (himayəçiyə) dövlət tərəfindən əlavə sosial yardım göstərilməsi məqsədilə aylıq 120 manat müavinət verilir.

1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət

Ünvanlı dövlət sosial yardımı alan ailədə 1 yaşınadək uşaq üçün dövlət tərəfindən əlavə dəstək məqsədilə uşağın bir yaşı tamam olan ayın sonunadək aylıq 100 manat məbləğində müavinət verilir.

Beşdən çox uşağı olan qadınlara müavinət

Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə bu hüququn yaranmasına səbəb olmuş uşağı, yəni altıncı uşağı bir yaşına çatdıqda dövlət tərəfindən sosial yardım məqsədilə aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir.

Övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət

Müavinətin məbləği 3-18 yaş arası uşaq üçün 200 manat, 0-18 yaş arası əlilliyi müəyyən edilmiş uşaq üçün 600 manatdır.

Himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət

Himayədar ailəyə verilmiş 0–6 yaş arası uşağa görə – 355 manat, 7–13 yaş arası uşağa görə – 375 manat, 14–18 yaş arası uşağa görə – 395 manat;

Himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş 0–6 yaş arası uşağa görə – 395 manat, 7–13 yaş arası uşağa görə – 415 manat, 14–18 yaş arası uşağa görə – 435 manat.

Orxan Hüseyn

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://baku.ws
archiveBu xəbər 19 May 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see267

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see228

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see202

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see184

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see180

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see172

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see146

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see137

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see135

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see132

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see131

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri