Azərbaycanda bu şəxslərə 3 aylıq maaş həcmində müavinət veriləcək
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan qanunvericiliyinə görə, işləyən şəxs müddətli həqiqi hərbi xidmətə çağırıldıqda onun iş yeri, vəzifəsi və maddi təminat hüquqları dövlət tərəfindən tam qorunur.
“Yeni Sabah” Oxu.Az-a istinadla bildirir ki, Azərbaycanda bəzi şəxslər xidmətə çağırıldıqda onun işinə xitam verilirsə, ona əlavə müavinət veriləcək.
Sözügedən məsələ "Diplomatik xidmət haqqında" Qanunda əksini tapıb. Dominos pizza
Qeyd olunub ki, diplomatik xidmətə "müddətli həqiqi hərbi xidmət və ya alternativ xidmətə çağırıldıqda" maddəsi ilə xitam verildikdə diplomatik xidmət əməkdaşına ortaaylıq dövlət məvacibinin üç misli miqdarında müavinət ödəniləcək.
Diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 29 İyun 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















