Icma.az
close
up
RU
Azərbaycanda bu şəxslərə mətbuata danışmaq qadağan edilib

Azərbaycanda bu şəxslərə mətbuata danışmaq qadağan edilib

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Azərbaycanda dini mövzular çox müzakirə edilsə də, din adamları ictimaiyyətə hər keçən gün daha da qapalı olmağa başlayıb.

Modern.az saytı bir neçə din xadimindən müsahibə almaq üçün müraciət etsə də, həmin şəxslər müsahibə vermək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən icazə almalı olduqlarını, sualları əvvəlcədən onlara göndərməyi xahiş ediblər. Bir neçə gün sonra isə komitənin müsahibəyə icazə vermədiyini qeyd ediblər.

Dini Komitə bu qadağaya aydınlıq gətirilmək istəməyib. Nəticədə müşahidələr onu deməyə əsas verir ki, əsas vəzifəsi qanun çərçivəsində dini təbliğ etmək, onu qorumaq, dinlər arasında birlik yaratmaq olan komitə ölkədə dini savadsızlığın yaranmasına şərait yaradır.

Dini məsələlər üzrə mütəxəssis Kənan Rövşənoğlu “Yeni Müsavat”a açıqlamasında bildirib ki, din xadimlərinin işi dini, İslamı təbliğ etməkdir. Onun sözlərinə görə, komitə qadağanın səbəbini açıqlamalıdır:

“Komitə qanunla din xadimlərinin təyinatını həyata keçirir. Lakin dövlət qurumunun din xadimlərinə bu qədər müdaxiləsi konstitusiyaya uyğun deyil. Din xadiminin mətbuata danışmasının komitəyə hansı zərəri var ki? Komitə bununla bağlı izahat verməlidir. Din xadimlərinin fikir və ifadə azadlığı məhdudlaşdırılır. Dövlət qurumunun din xadimlərini təyin etməsi, maaş verməsi, görünür, onları idarəetmə funkisyasını əldə etməsinə səbəb olur. Bu da bugünkü nəticələrə gətirib çıxarır”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib ki, rəsmi şəxslər və dövlət qurumları mətbuata münasibətdə fəallıq göstərməlidirlər:

“Din xadimi və ya dövlət qurumu məsələyə münasibət bildirməyəndə qeyri-peşəkarlar insanları yanlış istiqamətə aparır. Bu isə ümumi aparılan işə mənfi təsir göstərir. Bu gün atılan addımlara, görülən işlərə baxmayaraq, Azərbaycanda dini maarifləndirmənin səviyyəsi o qədər də yüksək deyil. İnsanlarda hələ də din haqqında düzgün təsəvvürlərin olmadığını görürük. Ona görə də bu sahədə çox işlər görülməlidir. Birmənalı olaraq da rəsmi strukturlar daha fəal iş ortaya qoymalıdırlar ki, yanlış təsirlər güclənməsin. Azərbaycan vətəndaşları məlumatları rəsmi qurum və din xadimlərindən asanlıqla almalıdırlar. Biz əgər ölkəmizə qarşı aparılan zərərli təsirləri aradan qaldırmaq istəyiriksə, din xadimlərinin, axundların, imamların fəal olması çox önəmlidir. İranın bir sıra din xadimlərinin ölkəmiz əleyhinə fikirlər səsləndirdiyini gördük, o şəxslərə öz din xadimlərimiz fəal şəkildə cavab verməlidirlər. Ümumilikdə, bu şəxslərin mətbuata açıq olması daha faydalıdır. Bütün müsəlman ölkələrində daxili-ictimai sabitliyi pozmaq üçün din amilindən məharətlə istifadə edilir. Dini sahəyə həssas yanaşmalıyıq ki, ölkənin təhlükəsizliyini və ictimai-siyasi sabitliyi qoruya bilək”.

Mövzu ilə bağlı ilahiyyatçı Rəsul Mirhəşimli “Yeni Müsavat”a bildirib ki, istənilən dini mövzu ilə bağlı din xadimləri ölkənin əsas normativ aktlarından, dövlətin mövqeyindən xəbərdardırlar. Bu halda, jurnalistlərin də onlara ünvanladığı suallara heç bir problem olmadan cavab verə bilərlər:

“Təsəvvür edək ki, analoji hal məscidə gələn bir azərbaycanlı müsəlmanla bağlı yaşanıb. Həmin din xadimi ona ünvanlanan sualın cavabını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən icazə aldıqdan sonra verəcəkdi? Məscidlərdə səlahiyyət sahibi olanların dini bilikləri istənilən suala cavab vermək imkanı yaratmalıdır. Əgər doğrudan da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi din xadimlərinə medianın suallarını cavablandırmağa qadağa qoyubsa, bu hal yaxşı deyil. Çünki onların jurnalistlərin suallarına cavab vermək üçün icazə almağa məcbur olmaları, həm də sualların əvvəlcədən verilməsi tələbi ifadə azadlığının məhdudlaşdırılmasıdır. Bu, insanların müxtəlif fikirlər və dini məsələlər barədə sərbəst düşünmələrini, müzakirə etmələrini əngəlləyir. Belə bir yanaşma cəmiyyətin dini məsələlərdə daha az məlumatlı olmasına və düşüncə müxtəlifliyinin daralmasına səbəb ola bilər. Yaxşı olar ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələyə aydınlıq gətirsin. Əgər belə bir qadağa varsa, həmin qadağa aradan qaldırılsın. Nəzərə alaq ki, vətəndaşlar öz dövlətinə bağlı din xadimlərinin fikirlərinə ehtiyac duyur, mətbuat da bu fikirləri cəmiyyətə çatdırmaq üçün fəaliyyət göstərir. Belə hallar yaşananda insanlarımız başqa ölkələrdən ixrac edilmiş zərərli fikirlərin təsiri altına düşür. Bu da ölkəmiz üçün arzu olunan deyil. Əgər müəyyən icazə verilmiş şəxslər və ya qurumlar din haqda danışa bilərlərsə, bu, cəmiyyətdə dini müxtəlifliyin azalmasına və alternativ fikirlərin aradan qalxmasına səbəb ola bilər.

Ümumi prinsiplərdən xəbərdar olan istənilən din xadimi jurnalistin ona ünvanladığı suallara rahat şəkildə cavab verə bilər. Bu məsələ cəmiyyət üçün əlavə problemə çevrilməməlidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Yanvar 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri