Icma.az
close
up
RU
Azərbaycanda bu şəxslərə pulsuz ev verilə bilər SİYAHI

Azərbaycanda bu şəxslərə pulsuz ev verilə bilər SİYAHI

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda müəyyən kateqoriyadan olan şəxslərə pulsuz mənzillərin verilməsi zaman-zaman müzakirəyə çıxarılır. Bəziləri həmin siyahının genişləndirilməsini təklif edir, hətta buna görə fikir ayrılıqları da yaranır. 

Ölkəmizdə kimlər pulsuz mənzil sahibi ola bilərlər? Bu siyahı genişləndirilməlidirmi? 

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, məcburi köçkünlər, qaçqınlar dövlət hesabına müvəqqəti yaşayış yerləri və yeni mənzillə təmin olunurlar:

“2020-ci ildən sonra azad olunmuş ərazilərə “Böyük Qayıdış” çərçivəsində yeni mənzillər pulsuz verilir. Həmçinin I və II qrup müharibə əlilləri, şəhid ailələri də bu sırada yer alır. Dövlət himayəsindən məhrum olan yetkinlik yaşına çatmış şəxslər mənzil növbəsinə götürülür və pulsuz mənzil əldə edirlər. Çernobıl qəzası nəticəsində zərərçəkmiş şəxslərə də yaşayış sahəsi ayrılır. Paralel olaraq, dövlət və hərbi qulluqçuların müəyyən kateqoriyaları xüsusi hallarda dövlət hesabına mənzillə təmin edilə bilər”.

Ellada Bayramova

Hüquqşünas qeyd edib ki, əksər ölkələrdə tam pulsuz mənzil yalnız xüsusi sosial qruplara verilir:

“Qalan hallarda dövlət sosial kirayə evləri və ya subsidiyalı ipoteka proqramları tətbiq edir. Məsələn, Rusiyada müharibə veteranları, Çernobıl əlilləri, valideyn himayəsindən məhrum uşaqlar pulsuz mənzil ala bilir.  Almaniyada “Sozialwohnung” proqramına əsasən, azgəlirli ailələr dövlət subsidiyalı evlərdə çox aşağı kirayə ödəyir, pulsuz ev isə yoxdur. Böyük Britaniyada “Council housing” adlandırılan layihə əsasında yoxsul ailələr, əlillər, tənha valideynlər üçün dövlət mənzilləri, adətən çox az kirayə haqqı ilə verilir. Türkiyədə TOKİ vasitəsilə şəhid ailələri və qazilər pulsuz mənzil, digər aztəminatlılar isə uzunmüddətli, faizsiz ipoteka ilə ev sahibi olurlar. Skandinaviya ölkələrində (Norveç, İsveç, Finlandiya) sosial dövlət modelinə görə aztəminatlı vətəndaşlar üçün geniş subsidiyalı mənzil proqramları mövcuddur”.

İqtisadçı Pərviz Heydərov isə bildirib ki, pulsuz mənzillərlə təmin olunan şəxslərin siyahısı genişləndirilə bilər:

“Lakin belə layihələr dövlət hesabına həyata keçirilir və siyahının genişlənməsi də əlavə maliyyə mənbələri deməkdir. Prosesə yalnız dövlət deyil, həm də mənzil və tikinti sahəsində fəaliyyət göstərən özəl şirkətlərin cəlb edilməsi daha məqsədəuyğun olardı. Onlara müəyyən məsuliyyət qoyulmalı və tikdikləri binaların bir hissəsi həmin kateqoriyaya daxil olan vətəndaşlara pulsuz mənzil kimi ayrılmalıdır. Çünki bu şirkətlər mənzillərə yüksək qiymət təklif edərək kifayət qədər gəlir əldə edirlər. Bu səbəbdən onların da sosial məsuliyyət daşıması vacibdir”.

Pərviz Heydərov

P.Heydərovun sözlərinə görə, hazırda pulsuz mənzillərlə təmin olunmaq hüququ, əsasən müharibə iştirakçıları və həmin zaman əlil olan şəxslərə aiddir:

“Lakin uşaq yaşlarından əlilliyi olan vətəndaşların da belə bir şansı olmalıdır. Bu kateqoriyadan olan şəxslərin də pulsuz mənzillə təmin olunması üçün imkan yaradılmalıdır. Əks halda, ədalətsizlik kimi qiymətləndirilə bilər”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Sentyabr 2025 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri