Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək Yeni Çağ Media
Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan dövləti tərəfindən əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması üçün mütəmadi olaraq mühüm addımlar atılmaqdadır. Bununla bağlı dövlət tərəfindən həyata keçirilən sosialyönümlü tədbirlər davam etdirilir.
Yenicag.az xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində daha bir rayonda – Salyanda əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə yeni mənzillər veriləcək.
Belə ki, sözügedən rayonda 12 ədəd üçotaqlı mənzil əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə təhvil veriləcək.
Artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyində müvafiq işlər start götürüb.
Agentlik sözügedən şəxslərin mənzillərlə təmin olunmasının 1,2 milyon manata başa gələcəyini proqnozlaşdırıb./Trend/
www.yenicag.az
Baxış sayı:101
Bu xəbər 23 Yanvar 2025 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















