Icma.az
close
up
RU
Azərbaycanda bu şəxslərin iş saatı azaldılır? AÇIQLAMA

Azərbaycanda bu şəxslərin iş saatı azaldılır? AÇIQLAMA

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Tək ailə başçısı olan, həyat yoldaşını itirmiş qadınların sosial vəziyyəti və gündəlik çətinlikləri ilə bağlı Musavat.com-a müraciətlər daxil olub. “Övladlarımın 3 yaşı olanda həyat yoldaşımı itirmişəm. Uşaqlarımı çox əziyyətlə böyüdürəm, işdə oluram, anam da şəkər xəstəsidir, onlara vaxt ayıra bilmirəm. Xahiş edirəm, bizə iş saatı ilə bağlı güzəşt edilsin”. Bunu Aynur Əliyeva adlı paytaxt sakini redaksiyamıza ünvanlandığı məktubda yazıb. Digər müraciətdə də qeyd edilir ki, əksər hallarda seçimdən deyil, məcburiyyətdən çalışırlar. Həm ailənin maddi yükünü daşıyır, həm də övladlarını təkbaşına böyütməyə çalışırlar. Lakin standart 8 saatlıq iş rejimi onlar üçün ciddi çətinliklər yaradır. Azyaşlı uşaqlara kifayət qədər vaxt ayıra bilməmək, onları məktəbə tək göndərmək məcburiyyəti, uşaqların günün böyük hissəsini evdə nəzarətsiz keçirməsi analar üçün həm psixoloji, həm də praktiki baxımdan ağır yükə çevrilir. Burada tək ailə başçısı olan qadınlar üçün iş saatlarında müəyyən güzəştlərin tətbiqinin zəruriliyi ortaya çıxır. Misal üçün, çevik iş qrafiki, qısaldılmış iş saatı və ya xüsusi əmək güzəştləri kimi mexanizmlər onların həm işləməsinə, həm də övladlarına daha yaxşı qayğı göstərməsinə dəstək ola bilər.

Bəs bu istiqamətdə Milli Məclisdə və ya aidiyyəti qurumlarda hər hansı müzakirə və ya qanunvericilik təşəbbüsü nəzərdə tutulurmu? Tək ailə başçısı olan qadınlara iş rejimi ilə bağlı güzəştlərin tətbiqi məsələsinə baxılması mümkündürmü?

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı millət vəkili Vüqar Bayramov Musavat.com-a fikrini bölüşüb:

“Ümumiyyətlə, sosial baxımdan güzəştlər müəyyənləşdirilən zaman keyfiyyət meyarlarının nəzərə alınmasını təklif edirik. Nəticə etibarilə, bu meyarların əsas götürülməsi həm tək qadınlar üçün güzəştlərin dairəsinin genişlənməsinə, həm də onların daha yaxından dəstəklənməsi siyasətinin gücləndirilməsinə imkan yaradır. Eyni zamanda iş rejimi məsələsi də nəzərə alınmalıdır. Burada həm dövlət, həm də özəl sektor mövcuddur. Özəl sektor üçün güzəştlərin tətbiqi və ya daha qısaldılmış iş rejiminin tətbiqi tövsiyə olunur”.

Deputat əlavə edib ki, dövlət sektorunda isə xüsusilə tək qadınlar, himayəsində azyaşlı uşağı olan qadınlar və övladını tək böyüdən analarla bağlı güzəştlərin müəyyənləşdirilməsi məsələsinə baxıla bilər:

“Burada əsas məqsəd həmin vətəndaşların sosial təminatının genişləndirilməsi və sosial rifahının daha da artırılmasının reallaşdırılmasıdır. Bu kontekstdə güzəştlərin tətbiqi məsələsinə baxıla bilər və hesab edirəm ki, bu istiqamətdə atılan bütün addımlar keyfiyyət meyarlarına əsaslanmalıdır. Əvvəldə qeyd etdiyimiz kimi, xüsusilə tək qadınlar, azyaşlı uşağı olan qadınlar və övladını tək böyüdən analar üçün güzəştlərin müəyyənləşdirilməsi məqsədəuyğun olar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 May 2026 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri