Azərbaycanda bu sözü deyənə 15 il həbs verilir? KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sosial şəbəkələrdə yayılan iddiaya görə, Azərbaycanda “Mən “vor v zakon”am və ya “qanuni oğru”yam” ifadəsini işlədən şəxslər həbs edilə bilər. Hətta həmin şəxsləri 8 ildən 15 ilə qədər həbs gözlədiyi deyilir.
Bəs Azərbaycan qanunvericiliyində bununla bağlı hər hansı maddə var?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, sosial şəbəkələrdə yayılan bu iddia hüquqi baxımdan doğru deyil:
“Qanuni oğruyam” ifadəsini işlətmək öz-özlüyündə cinayət hesab olunmur və buna görə 8 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulmayıb. Azərbaycan qanunvericiliyində məsuliyyət ifadənin özünə deyil, şəxsin konkret fəaliyyətinə və törətdiyi əmələ görə müəyyən edilir. Əgər şəxs kriminal qruplaşmanın yaradılmasında, idarə edilməsində və ya fəaliyyətində iştirak edirsə, yaxud bu statusdan istifadə edərək başqa cinayət əməlləri törədirsə, həmin əməllərə uyğun olaraq cinayət məsuliyyəti yarana bilər”.
Hüquqşünas bildirib ki, sadəcə hansısa şəxsin özünü “qanuni oğru” adlandırması avtomatik olaraq onun həbs ediləcəyi anlamına gəlmir:
“8 ildən 15 ilədək həbs məsələsi isə yalnız konkret cinayət tərkibi və qanunda həmin əməl üçün nəzərdə tutulan cəza ilə bağlı ola bilər. Belə iddialar böyük ehtimalla Rusiya qanunvericiliyindəki kriminal iyerarxiyada yüksək mövqe tutmağa görə məsuliyyətlə qarışdırılıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 04 Sentyabr 2026 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















