Azərbaycanda bu tarixdə doğulanlara 1000 manat verilir? Nazirlikdən CAVAB
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
"Sosial şəbəkədə guya “1932-ci ildən 2017-ci ilədək dövrdə doğulanlara sosial fond tərəfindən 1000 manat ödəniş ediləcəyi” barədə paylaşılan videoməlumat yalandır".
Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
"Məlumatda rəsmi siyahı və s. tanış olmaq üçün izləyicilər profildəki linkə yönləndirilir ki, bu da dələduzluq yolu ilə onların kart məlumatlarını, nəticədə pul vəsaitlərini ələ keçirmək məqsədi daşıya bilər. Vətəndaşların diqqətinə çatdırırıq: Həmin saxta məlumata aldanmayın və məlumatda yönləndirilən linkə heç bir halda daxil olmayın", - məlumatda qeyd olunub.
Qeyd edək ki, məsələ ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 26 Fevral 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















