Azərbaycanda bu təhsilanlar hazır qida ilə təmin olunacaqlar 3,7 milyon manat ayrıldı
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda bir qrup təhsilalanlar dövlət tərəfindən qida ilə təchiz olunacaqlar.
Trend-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsində müvafiq işlərə yekun vurulub.
Belə ki, nazirliyin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanlar 2025-ci il ərzində yeməklə təchiz olunacaqlar.
Məlumata əsasən, 7-17 yaş qrupundan olan təhsilanlar səhər, ikinci səhər, nahar və axşam üzrə olmaqla yeməklə təchiz olunacaqlar.
Qurum sözügedən işlərin nicrasını “TAİS İKF” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 3,7 milyon manat ödənilib.
Qeyd edək ki, sözügedən işlərin həvalə olunduğu “TAİS İKF” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 05 Fevral 2025 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















