Icma.az
close
up
RU
Azərbaycanda bu üç dövlət qurumu birləşdirilir SİYAHI AÇIQLANDI KONKRET

Azərbaycanda bu üç dövlət qurumu birləşdirilir SİYAHI AÇIQLANDI KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda üç dövlət qurumunun birləşdiriləcəyi gözlənilir.

KONKRET.az xəbər verir ki, etibarlı mənbələrdən “AzPolitika”-ya daxil olan məlumata görə, hökumətdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqalədə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin vahid qurumda birləşdirilməsi ilə bağlı müzakirələr aparılır. Qeyd olunur ki, yaxın zamanlarda müzakirələr yekunlaşacaq və ölkə başçısı tərəfindən müvafiq qərarlar veriləcək.

Bu qurumlar əmlak sektorunda dövlət siyasətinin icrasını həyata keçirir.

Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirir.

Həmçinin ƏMDX-nin:

-müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;

-müvafiq sahədə dövlət proqramlarının, inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;

-dövlət əmlakının idarə edilməsini və özəlləşdirilməsini, onun barəsində sərəncam verilməsini, qeydiyyatının aparılmasını, özəlləşdirilən dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin etmək;

-Dövlət Əmlakının Reyestrinin aparılmasını təşkil etmək, bu məqsədlə dövlət orqanlarından (qurumlarından) zəruri məlumatların alınmasını həyata keçirmək və s. kimi çoxsaylı vəzifləri var.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edərək bu siyasətin həyata keçirilməsini, müvafiq sahənin inkişafını təmin edərək ərazi planlaşdırılması sənədlərinin hazırlanması və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini, müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir.

Komitə şəhərsalma və milli memarlıq ənənələrinin qorunub saxlanılmasını, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini təmin edir. Həmçinin respublika üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərsalma kadastrının aparılması, bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin etmək, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarət və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işinə daxildir.

Komitə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini də (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Nazirlər Kabineti və Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) həyata keçirir.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Mənbə bildirir ki, dövlət qurumlarının birləşdirilmə ehtiyacı əmlak sahəsinin idarə olunmasında çoxsaylı bürokratik əngəllər, korrupsiya, rüşvət və s. neqativ əməllərin qarşısının alınması, dövlət siyasətinin daha çevik mexanizmlərlə həyata keçirilməsi ehtiyacından irəli gəlir. Gözlənilir ki, hər üç qurumun ehtiyac olmayan çoxsaylı strukturları, ştat vahidləri ciddi ixtisarlara məruz qalacaq və müasir texnolgiyalara əsaslanan çevik idarəetmə qurumları təşkil olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://konkret.az
archiveBu xəbər 31 Yanvar 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri