Azərbaycanda bu xəstəliyə ən çox qadınlar tutulur
Medicina portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda hər 100 diabet xəstəsindən 97-si 30 yaşdan yuxarıdır.
Medicina.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, qeydiyyatda olan 344 min 577 diabet xəstəsinin 27 min 326 nəfəri insulinasılı, 317 min 251 nəfəri isə insulinasılı olmayan şəkərli diabetdən əziyyət çəkir. Beləliklə, diabet xəstələrinin təxminən 92 faizi insulinasılı olmayan diabet növünə malikdir.
Cins bölgüsünə nəzər saldıqda məlum olur ki, 191 min 285 qadın və 153 min 292 kişi diabet diaqnozu ilə qeydiyyatdadır. Bu isə o deməkdir ki, qeydiyyatda olan hər 10 diabet xəstəsindən təxminən 6-sı qadın, 4-ü isə kişidir.
Yaş qrupları üzrə statistika xəstəliyin əsasən yetkin yaşlarda daha geniş yayıldığını göstərir. Belə ki, 30 yaş və yuxarı şəxslər arasında diabet diaqnozu ilə qeydiyyatda olanların sayı 334 min 948 nəfər təşkil edir. Bu, bütün qeydiyyatda olan diabet xəstələrinin 97 faizindən çoxu deməkdir.
Bununla yanaşı, 18–29 yaş arasında 6 min 957 nəfər, 0–17 yaş qrupunda isə 2 min 672 nəfər şəkərli diabet diaqnozu ilə qeydiyyatdadır.
Baxış sayı:111
Bu xəbər 27 İyul 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















