Azərbaycanda bu xəstəxanalar ləğv edilir
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Nazirlər Kabinetinin “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi haqqında 21 avqust 2024-cü il tarixli qərarına uyğun olaraq dəmir yolu xəstəxanalarının ləğv edilməsinə başlanılıb.
Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.
Söhbət ADY-nin Həkim Sanitar Xidmətinin tabeliyində olan tibb müəssisələrindən gedir.
Beləliklə, "Bakı Dəmir Yolu Xəstəxanası” MMC Respublika Pediatriya Mərkəzinə (1), "1 saylı Bakı Dəmir Yolu Poliklinikası" və "2 saylı Bakı Dəmir Yolu Poliklinikası" MMC-lər Bakı Baş Səhiyyə Mərkəzinə (2), "Ələt Dəmir Yolu Xəstəxanası" MMC Qaradağ Tibb Mərkəzinə (3), "Gəncə Dəmir Yolu Xəstəxanası" MMC Gəncə Şəhər Birləşmiş Xəstəxanasına (4), “Xaçmaz Dəmir Yolu Ambulatoriyası” MMC Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına (5), “Hacıqabul Dəmir Yolu Ambulatoriyası” MMC Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına (6), "İmişli Dəmir Yolu Xəstəxanası" MMC isə İmişli Rayon Mərkəzi Xəstəxanasına (7) qoşulur.
Krediorlar tələblərini 2 ay ərzində müvafiq olaraq Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 206A (1), Yasamal Rayonu, Mikayıl Müşfiq küçəsi, ev 1M (2), Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 4, Namiq Niftəliyev küçəsi (3), Gəncə şəhəri, Nizami prospekti, 412 (4), Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, 303 (5), Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi, 15 (6) və İmişli şəhəri, Xanhüseyn Bəylərov küçəsi, 92 (7) ünvanına bildirə bilərlər.
Baxış sayı:85
Bu xəbər 13 Mart 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















