Icma.az
close
up
RU
Azərbaycanda bundan sonra qohum evlilikləri gizli olacaq?

Azərbaycanda bundan sonra qohum evlilikləri gizli olacaq?

Medicina saytından verilən məlumata görə, Icma.az xəbər verir.



Bu gündən etibarən Azərbaycanda nikahın bağlanmasına mane olan halların siyahısı genişləndirilir. Bu, Ailə Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb.

Ailə Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişikliyə əsasən, ümumi bioloji babası və ya nənəsi olan əmioğlu ilə əmiqızı, xalaoğlu ilə xalaqızı, bibioğlu ilə dayıqızı, bibiqızı ilə dayıoğlu, həmçinin əmi ilə onun qardaşı qızı, dayı ilə onun bacısı qızı, bibi ilə onun qardaşı oğlu və xala ilə onun bacısı oğlu arasında nikahın bağlanmasına icazə verilməyəcək.

Qeyd edək ki, bir gün əvvəl Ədliyyə Nazirliyi qohum nikahlarının qarşısının necə alınacağına aydınlıq gətirib. Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq münasibətlərinin olub-olmaması Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyəti nümayəndəsinin vəzifəli şəxsi tərəfindən yoxlanılacaq. Əgər sistem vasitəsilə bu məlumatları əldə etmək mümkün olmazsa, nikaha daxil olmaq istəyən şəxslər və onların valideynlərinin doğum haqqında şəhadətnamələrinin surətləri nikah ərizəsinə əlavə edilməlidir. Həmin sənədlərin təqdim olunması mümkün olmadıqda, qohumluq əlaqələrinin müəyyənləşdirilməsi üçün əlavə sənədlər tələb oluna bilər. Yoxlama nəticəsində yuxarıda qeyd olunan qohumluq əlaqəsi təsdiqini taparsa, qeydiyyat orqanı həmin şəxslərin nikahını rəsmiləşdirməyəcək.

Bəs yeni qərarın qəbulu ilə Azərbaycanda vətəndaş nikahları və dini kəbinlərin sayı arta bilərmi?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Bakupost.az - a açıqlamasında bildirib ki, yeni qərar gözlənilən idi və dünya təcrübəsi əsasında formalaşıb:

“Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara əsasən, aparılan araşdırmalar nəticəsində məlum olurdu ki, ümumiyyətlə, yaxın qohumlar arasında nikah münasibətləri irsi qan xəstəliklərinə gətirib çıxarır və bu da sağlam cəmiyyəti təhdid edir. Əslində dünyanın bir çox ölkəsində bu qanun mövcuddur. Hətta Azərbaycan ictimaiyyətində də bununla bağlı birmənalı fikir yox idi. Bir qisim insan belə hesab edirdi ki, bu, ailə qurarkən insanların seçim azadlığını məhdudlaşdıra bilər. Amma dövlətin əsas götürdüyü məsələ cəmiyyətin genofond sağlamlığı oldu. Məhz buna görə bu qərar verildi və yaxın qohumlar arasında nikah münasibətlərinin qarşısını alan qanun qüvvəyə mindi. Azərbaycan Respublikasının Ailə Məcəlləsində də bununla bağlı dəyişikliklər olmuşdu. Bildiyiniz kimi, nikahdan əvvəl qan testlərinin verilməsi ilə bağlı 12–13-cü maddələrə əlavələr olunmuşdu”.

Ekspertin sözlərinə görə, Azərbaycanda xüsusilə regionlarda və kənd yerlərində qohum evliliklərinə meyl güclü olub:

“Hərçənd insanların təhsil alması, mədəniyyət səviyyəsinin yüksəlməsi qohum evliliklərinin sayında xeyli azalmaya səbəb olmuşdu və hesab edirəm ki, bu nəticə də statistika ilə təsdiqini tapır. Belə ki, qohum evliliklərinin sayında azalma müşahidə olunurdu. Demək, təbliğat və təşviqat işləri öz nəticəsini vermişdi. Ancaq düşünürəm ki, bununla bağlı ayrıca bir qanunun qəbulu vacib idi. Nə yaxşı ki, bu qanun qəbul olundu”.

Üzeyir Şəfiyev qeyd edib ki, vətəndaş nikahlarının və dini kəbinlərin artmasının qarşısını almaq üçün əlavə tədbirlər görülməlidir:

“Məsələn, çox yaxşı olardı ki, Azərbaycanda nikah müqaviləsi icbari xarakter daşısın. Çünki yaxın qohumlar arasında nikah münasibətlərinin qadağan olunması insanları vətəndaş nikahına və dini kəbinə meyilləndirə bilər. İnsanlar bu barədə məlumatsızdırlar. Bilmirlər ki, dini kəbinlə qurulan münasibətlər rəsmi ailə sayılmır və yaxud vətəndaş nikahı ilə yaranan münasibətlər ailə münasibətləri hesab edilmir. Bu halda doğulacaq uşaqların sənədləşdirilməsi və digər hüquqi məsələlərdə problemlər yarana bilər. Hətta ailə boşandığı təqdirdə azyaşlı uşağın kimdə qalması və mülkiyyət münasibətlərinin tənzimlənməsi ilə bağlı çətinliklər ola bilər. Ona görə nikah müqaviləsi mütləq olmalıdır və icbari xarakter daşımalıdır. Hazırda bu, könüllüdür, amma çox yaxşı olardı ki, məcburi olsun. Bundan başqa, təkcə qanunun qəbul edilməsi kifayət deyil, paralel olaraq hüquqi maarifləndirmə işləri də aparılmalıdır ki, insanlar məlumatlı olsunlar və belə addımlar atmasınlar. Qanun bir qədər də təkmilləşdirilməlidir. Yəni nikah müqaviləsi icbari xarakter daşımalıdır".

Ekspert həmçinin din xadimlərinin də bu məsələdə məsuliyyət daşıdığını bildirib:

“Din xadimləri də bilməlidirlər ki, nikah müqaviləsi bağlanmayıbsa, dini kəbin bağlana bilməz və bu halda dini kəbinlə qurulan münasibətlər ailə münasibətləri sayılmır. Bununla bağlı həmin din xadimləri hüquqi məsuliyyətə cəlb oluna bilərlər. Bilməlidirlər ki, bu, yolverilməzdir. Güman edirəm ki, qanunla yanaşı, sosial maarifləndirmə tədbirləri KİV-lər vasitəsilə həyata keçirilsə, insanlar məlumatlanacaq və bu cür addımlardan çəkinəcəklər".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 01 İyul 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri