Azərbaycanda bunu edənləri 7 min cərimə gözləyir
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Məişət tullantılarını zibil qutusu əvəzinə küçəyə və ya başqa yerlərə atan şəxslər minlərlə manat cərimələnə bilər. Eyni qayda pozuntusunu bir il ərzində təkrar edənlər üçün daha ağır cəzalar nəzərdə tutulur.
“Yeni Sabah” Ajans.az-a istinadla xəbər verir ki, məişət tullantılarının onlar üçün nəzərdə tutulan tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər isə 4 000 manat məbləğində cərimə edilir.
Bu pozuntuya görə inzibati tənbeh haqqında qərar qüvvəyə mindikdən sonra bir il ərzində eyni əməli təkrar törədən fiziki şəxslər 1 000 manat, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 5 000 manatdan 7 000 manatadək cərimələnə bilər. pizza hut
Təkrar pozuntuya yol verən fiziki şəxslərə, işin halları və həmin şəxsin kimliyi nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər də tətbiq oluna bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 20 Oktyabr 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















