Icma.az
close
up
RU
Azərbaycanda Çin təbabəti tədris olunacaq Nazir AÇIQLADI

Azərbaycanda Çin təbabəti tədris olunacaq Nazir AÇIQLADI

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son 10 il ərzində ümumiyyətlə tibbdə inteqrativ tibb adlanan belə bir yanaşma var. Ondan sonra funksional tibb dedilər, amma inteqrativ tibb anlayışı çox vacib bir anlayışdır. 

Modern.az xəbər verir ki, bu fikirləri səhiyyə naziri Teymur Musayev Azərbaycan Televiziyasının “Hədəf” proqramına və Trend Beynəlxalq İnformasiya Agentliyinə birgə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, bu, gündəlik tibbi praktikada fərqli bir mədəniyyətin göstəricisidir:

“Məqsəd keçmişi və ya hər hansı bir üsulu inkar etmək deyil, həmin metodların sübuta əsaslanmış şəkildə tətbiqidir. Ənənəvi tibb dedikdə ənənəvi Çin təbabəti özünü tam sübuta yetirmiş və bir sıra xəstəliklərdə, eləcə də xəstəliklərdən əvvəlki mərhələdə effektivliyini sübuta yetirmiş bir üsuldur, tibb yanaşmasıdır. Digər ənənəvi Koreya tibbi və ənənəvi Şərq təbabəti də bu istiqamətə daxildir. Azərbaycan da onun ayrılmaz hissəsidir. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın tibb məktəbi bu məsələlərdə həmişə çox açıq olub və bu, sevindirici bir haldır”.

Nazir qeyd edib ki, Səhiyyə Nazirliyi bu istiqamətdə müəyyən irəliləyiş əldə edib:

“Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində Çin Xalq Respublikasının Pekin Ənənəvi Çin Təbabəti Universiteti ilə birgə Ənənəvi Çin Təbabəti diplom kursunun təşkili hazırda hazırlıq mərhələsindədir. Kurs ingilis dilində olacaq və nəinki azərbaycanlı həkimlər üçün, həmçinin regiondan və beynəlxalq səviyyədən gələn xarici həkimlər üçün də açıq olacaq. Müddəti bir və ya iki il ola bilər”.

Nazirin sözlərinə görə, eyni yanaşma ənənəvi Koreya təbabəti ilə bağlı da tətbiq olunacaq:

“Hazırda aidiyyəti Koreya rəsmi qurumları ilə danışıqlar aparılır və qısa müddətdə bu proqram da Azərbaycanda tətbiq olunacaq. Düşünürəm ki, Azərbaycanda fəaliyyət göstərən və bu sahəyə marağı olan ailə həkimləri, baza tibb təhsili olan insanlar və istənilən tibb ixtisasının daşıyıcıları üçün maraqlı olan bu kurslar onların gündəlik praktikalarında tətbiq etdikləri metodları daha da zənginləşdirəcək, seçim imkanlarını genişləndirəcək və vətəndaşlarımız üçün də müxtəlif üsulların tətbiqi ilə bağlı fərqli imkanlar yaradacaq. Bu, daha çox reabilitasiya, xroniki xəstəliklər, xroniki ağrılar və digər istiqamətlərdə geniş və effektiv tətbiq olunan müalicə üsullarıdır. Fitoterapiya da bura daxildir, yəni müalicəvi otlarla müalicə metodlarıdır. Bu, kompleks yanaşmadır. Bunu inkar etmək düzgün deyil. Əhalinin də buna meyli və marağı var. Ən azından ziyan gətirməsin deyə, bu metodların tətbiqi ilə məhz tibbi diplomu olan insanlar məşğul olmalıdır. Tibb təhsili alıb, istənilən tibb ixtisasına yiyələnən insanlar üçün bu, onların fəaliyyətini gücləndirən amillərdən biri olsun. Azərbaycanda bizim öz mütəxəssislərimiz də var, müəyyən bir məktəb formalaşıb. İstər özəl sektorda, istərsə də dövlət sektorunda fəaliyyət göstərən mütəxəssislər var. Düşünürük ki, onların da bu prosesə cəlb edilməsi bizim yerli ənənəvi tibb məktəbinin yeni müstəviyə qaldırılmasına imkan verəcək”.

O əlavə edib ki, səs-küy onun mahiyyətindən daha çox idi, amma hər beş ildən bir imtahan keçirməklə hər bir insanın bilik və bacarıqlarını qiymətləndirmək mümkündür, onları artırmaq isə mümkün deyil:

“Səhiyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanı olaraq və Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığının qorunması istiqamətində lazımi tədbirlərin görülməsini əsas götürərək yeni təşəbbüslə çıxış etdi. Bu yaxınlarda bildiyiniz kimi, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edildi. Həmin dəyişikliklərə əsasən artıq beş ildən bir keçirilən imtahanla yanaşı, hər bir həkim və ya tibb işçisi seçim edə biləcək. Onlar beş il ərzində Davamlı Peşəkar İnkişaf proqramı üzrə ümumilikdə 250 kredit balından az olmayaraq toplamaqla da həmin sertifikatı əldə edə biləcəklər”, - deyə T.Musayev qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 İyul 2026 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri