Icma.az
close
up
RU
Azərbaycanda da avtomobillər üçün VİN Kod olacaq AÇIQLAMA

Azərbaycanda da avtomobillər üçün VİN Kod olacaq AÇIQLAMA

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illərdə Azərbaycanda avtomobillərin və digər nəqliyyat vasitələrinin şəxsiyyətini təsdiqləyən məlumatların toplanması və təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılmaqdadır. Bu proseslər avtomobil sahiblərinə öz nəqliyyat vasitələri ilə bağlı bütün məlumatlara asanlıqla daxil olma imkanı təqdim etməklə yanaşı, həm də dövlətin müvafiq qurumlarına avtomobil sahiblərinin məlumatlarını daha səmərəli şəkildə idarə etməyə şərait yaradır.

Hazırda Azərbaycanda avtomobilin başına gələn hadisələrlə bağlı məlumatların toplanması və saxlanması üçün xüsusi bir sistemin formalaşdırılması məqsədilə dövlət və özəl sektorda müxtəlif təşəbbüslər həyata keçirilir. Bu sistem vasitəsilə avtomobilin qeydiyyatından tutmuş, sığorta və təmir xidmətlərinə qədər olan məlumatlar bir mərkəzdə toplanacaq.
Bəs bu cür proseslər necə təkminləşdiriləcək? 
Mövzu ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasından Milli.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, data-bazanın formalaşdırılması və təkmilləşdirilməsi baxımından bu məqam çox önəmli və əhəmiyyətlidir. Düzdür, hazırda belə bir tətbiq yoxdur. Lakin təfərrüatlı informasiyanın toplanacağı data mərkəzinin formalaşdırılması istiqamətində yerli sığorta sektoru artıq əsaslı addımlar atmağa başlayıb. Belə ki, yerli sığorta bazarımız hazırda dünya təcrübəsi, xüsusilə də Türkiyə praktikası yaxından öyrənir və yerli bazarda tətbiqi imkanlarını təhlil edir. Çünki hər bir ölkənin öz bazar şərtləri var.

"Bilirsiniz ki, data mərkəzinin formalaşdırılmasında informasiyaların elektron inteqrasiyası prosesi başlıca məqamlardandır. İnformasiyaların elektron inteqrasiyası prosesi də bir qurumu və ya bir şirkəti əhatə etmir. Burada bir neçə əlaqəli qurumun və şirkətlərin informasiya bazalarının inteqrasiyasından söhbət gedir. Bu da öz növbəsində zaman tələb edən prosesdir.

Hesab edirik ki, növbəti mərhələdə data mərkəzin formalaşdırılması həm informasiyaların sistemli şəkildə vahid mərkəzdə toplanmasını təmin edəcək, həm də gələcəkdə qarşıya çıxa biləcək sığorta dələduzluğu halları ilə mübarizəni gücləndirəcək".
Aysel Əkbər
Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Dekabr 2024 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri