Icma.az
close
up
RU
Azərbaycanda da erməni dili dərsləri keçirilə bilər Sabiq deputat

Azərbaycanda da erməni dili dərsləri keçirilə bilər Sabiq deputat

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan bildirib ki, Azərbaycan dili Ermənistanda üç məktəbdə regional dillər üzrə biliklərin yayılmasını təşviq etmək üçün hökumət proqramı çərçivəsində tədris olunur.

Bəs Azərbaycanda da Ermənistan dilinin öyrədilməsi gündəmə gələ bilərmi?

Mövzu ilə bağlı Ölkə.az-a danışan sabiq deputat Etibar Əliyev bildirib ki, bir vaxtların məlumatına görə, İrəvan Dövlət Universitetində hər il 50 nəfər Azərbaycan dilini və türk dilini öyrənmək, həmçinin bu sahədə mütəxəssis hazırlamaq, xüsusilə də sosial şəbəkələr üçün kadr hazırlığı həyata keçirilirdi.

Onun sözlərinə görə, ümumiyyətlə, dilin öyrənilməsi qəbahət deyil:

"Erməni dilinin də Azərbaycanda öyrənilməsi üçün müəyyən saatlar ayrıla bilər. Xüsusilə ali məktəblərdə. Bu məsələni yazırlar, amma bir hadisədən məlumatlı deyillər. Artıq bir neçə ildir ki, Azərbaycan Dövlət Dillər Universitetində erməni dili tədris olunur. Hətta erməni dilindən imtahanlar da təşkil olunur. Düşünürəm ki, Azərbaycanla Ermənistan artıq sülh ərəfəsindədir və sülh sazişi imzalanacaq. Sülh sazişi imzalanandan sonra şübhəsiz ki, erməni dilinin tədrisinə ehtiyac yaranacaq. Bunu hazırda etmək də mümkündür".

E.Əliyev onu da xatırladıb ki, vaxtilə Qərbi Azərbaycanda orta məktəbdə oxuyarkən onlara səkkizinci sinifdə erməni dili dərsi tədris olunurdu:

"Yəni bunun mən ziyanını görməmişəm. Erməni dili əlavə bir dildir. Həmin dildə nə roman oxuyacağıq, nə riyaziyyatdan, nə də fizikadan olan dərsliklərdən istifadə edəcəyik. Sadəcə dildir və gediş-gəliş yaranandan sonra bu dil vacibdir. Burada heç bir provokasiya elementi yoxdur. Ona görə də mən düşünürəm ki, ermənilər Azərbaycan dilinin tədrisinə həyata keçirirlərsə, biz də erməni dilinin tədrisinin həyata keçirə bilərik. Kim öyrənmək istəyirsə, bu, məcburi olmamalıdır. Erməni dili müəyyən kurslarda da təşkil oluna bilər, ali məktəblərdə xarici dillər blokuna da daxil etmək olar. Yəni icbari fənn kimi yox, seçmə fənn kimi bi dili dərsliyə daxil etmək olar".

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Noyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri